• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərə ZƏRBƏ: Almanlar qondarma soyqırım layihəsini rədd etdi

Ermənilərə ZƏRBƏ: Almanlar qondarma soyqırım layihəsini rədd etdi
24.01.2015 15:00
"Almaniya Federal Məclisi qondarma erməni soyqırımı ilə bağlı tədbir keçirməyi düşünmür”. Bu haqda Modern.az saytına deputat Məlahət İbrahimqızı məlumat verib. O, bildirib ki, bu məlumatı ona milliyətcə türk olan Almaniyanın sabiq millət vəkili, professor Haqqı Kəskin göndərib:

"Uzun illərdir Azərbaycan xalqına qarşı təcavüzkar siyasət yeridən, torpaqlarımızın 20 faizini işğal edən işğalçı erməni diasporu etnik azərbaycanlıları, türkləri tarixi torpaqlarından qovublar. Belə bir işğalçı dövlətin, erməni lobbisinin və onları dəstəkləyən qüvvələrin səyi  ilə 2015-ci il aprelin 24-də qondarma erməni soyqırımının 100 illiyini keçirmək istəyirlər. İllər boyu yorulmadan, utanmadan, usanmadan beynəlxalq ictimaiyyətə belə bir yalanı sırımaq istəyirlər. Bununla da bütövlükdə türk xalqının tarixinə ləkə vurmaq və iyrənc bir siyasət həyata keçirməyə çalışırlar. Eyni zamanda, özlərinin işğalçı siyasətini pərdələmiş olurlar.

İşğalçı bir dövlət 100 il bundan öncə tarixdə olmayan bir yalanı dünya ictimaiyyətinə sırımaq istəyir. Sözsüz ki, dünya artıq erməni yalanını çoxdan anlayıb. Yəqin ki, 2015-ci ildə beynəlxalq və dünya ictimai birlikləri erməni yalanına birdəfəlik "yox” deyəcək. Erməni yalanının ifşası ilə bağlı Azərbaycan, eləcə də Türkiyə xalqının birgə mübarizəsi nəticəsində bir çox nailiyyətlər əldə etmişik. Xocalı soyqrımının dünyaya çatdırılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir çox işlər görülüb.

Hesab edirəm ki, 2015-ci ildə ermənilərin 100 illiyə hazırlaşması özlərinin ifşasına gətirib çıxaracaq. Bununla bağlı ilk xəbər artıq gəlib. 2015-ci il yanvarın 21-də Almaniya xarici işlər naziri belə bir qərar yayıb.

Qərarda deyilir:

Almaniyadaki erməni lobbisi və Ermənistan dövləti 1915-ci il hadisələrinin 100 illiyilə bağlı Almaniya parlamentində (Bundestaqda) bir qərar alınması və anma iclasının keçirilməsinə cəhd etdilər.

Almaniya Xarici İşlər Nazirliyi hökumət adına, sol partiyaların sual və  təkliflərinə Almaniya parlamentində verilən cavab və bu məsələdə edilən aşağıdakı açıqlama, bizlər üçün son dərəcə önəmlidir. Diqqətlə incələnməsi və dəyərləndirilməsində yarar var”.

Sual və təkliflərə parlamentdə verilən yazılı cavabda, Almaniya hökuməti dörd vacib nöqtəyə toxunub:

1. 1915-1916-cı il hadisələri haqqında bir dəyərləndirmə etmək əvvəlcə Türkiyyə və Ermənistanın problemidir.
2. Bu mövzunun araşdırılması üçün bir tarixçilər komissiyasının qurulması doğru bir yanaşma olar.
3. Soyqırımı ilə bağlı Birləşmiş Millətlər Təşkilatının konvensiyası 1951-ci ildə qüvvəyə minib. Almaniya bu qərarı 1955-ci ildə imzalayıb. Bu sözləşmə geriyə tətbiq edilə bilməz.
4. 1915-1916-cı il hadisələrinin 100 illiyi ilə bağlı erməni diasporunun cəhdləri tərəfimizə çatdırıldı. Ancaq Almaniya hökuməti bu məsələdə hər hansı bir xatırlama hərəkəti düşünmür.



ANN.Az
 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol