• $
  • €
  • ₽
  • ₺
  • £

Yoldaşları təmas xəttini keçmək istəyən erməni əsgərini öldürüb

Yoldaşları təmas xəttini keçmək istəyən erməni əsgərini öldürüb
24.01.2015 16:41
"Cəbhədə baş verən gərginlik Ermənistan Silahlı Qüvvələrini özbaşına tərk edən hərbi qulluqçuların sayının artmasına səbəb olub”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, əldə olunan son məlumatlara əsasən işğal olunmuş ərazilərdə yerləşən erməni bölmələrindən birinin əsgəri Ermənistandan hərbi xidmətə çağırılmış Nikolay Martirosyan digər hərbi qulluqçular tərəfindən məruz qaldığı təhqirlərə və zorakılığa dözməyərək qollarının damarlarını kəsərək həyatına qəsd edib: "Digər bir fakt isə xidmətin çətinliyinə dözməyən əsgər Vahan Şahanyanın həyatına qəsd etmək məqsədilə özünü hündür qayadan atması olub. Əsgər sağ qalsa da, ağır kəllə-beyin və aşağı ətrafın ikitərəfli sınığı diaqnozu ilə alayın tibb məntəqəsinə yerləşdirilib. Əldə olunan başqa bir məlumata görə isə hərbi hissədəki acınacaqlı vəziyyətə dözməyərək, qoşunların təmas xəttini keçməyə cəhd göstərən 2014-cü ilin birinci çağırışında hərbi xidmətə gəlmiş erməni əsgərinin öz xidmət yoldaşları tərəfindən arxadan atəş açılaraq öldürülməsi və dayaq məntəqəsində onun meyitinin tələm-tələsik basdırılmasıdır”.

ANN.Az



 
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol