• $
  • €
  • ₽
  • ₺
  • £

"Neftin ucuzlaşması həm tələb, həm təklif amili ilə bağlıdır" - Elman Rüstəmov

"Neftin ucuzlaşması həm tələb, həm təklif amili ilə bağlıdır" - Elman Rüstəmov
27.01.2015 20:00
"Bəzi iqtisadi güc mərkəzlərinin yürütdüyü məsuliyyətsiz, populist makroiqtisadi siyasət qlobal böhrana səbəb olub"

ANN.Az "APA-Economics”ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov AZTV-nin efirində bildirib.

Ölkənin baş bankiri deyib ki, ilk olaraq ABŞ-da ipoteka böhranı kimi yaranan maliyyə böhranı tez bir zamanda qlobal tsiklik struktur böhranına çevrilib: "Bunun çox aspektləri, o cümlədən siyasi aspektləri var. Dünyanın iqtisadi güc mərkəzləri adlandırılan ölkələr (ABŞ və Avropa İttifaqına üzv olan ölkələr) yumşaq desək məsuliyyətsiz makroiqtisadi, populist siyasət həyata keçirdilər. Həm büdcə, həm monetar siyasət xarici borclanmanın çoxalmasına yönəldilmişdir. Nəticədə həm dövlətin, həm əhalinin, həm iri korporasiyaların borc yükü həddən artıq çoxalmışdır. Məsələn, bütövlükdə inkişafda olan ölkələrin toplam borc yükü onların ümumi daxili məhsulunun 107%-ə bərabərdir. ABŞ-da bu göstərici 97%-dir, Avrozonada 96%, Yaponiyada isə 250%-ə çatır. İqtisadi ədəbiyyatda buna deyilir məsuliyyətsiz makroiqtisadi siyasət, yəni gələcəyi düşünməmək, gələcək nəslin maraqlarını, mənafelərini nəzərə almamaq".

E. Rüstəmov bildirib ki, əgər Azərbaycanda 20 il ərzində həyata keçirilən makroiqtisadi siyasətə nəzər salanda məlum olur ki, həm Ulu Öndər Heydər Əliyev, həm hazırkı ölkə başçısı İlham Əliyev xarici borc məsələsinə həssas yanaşıb. "Bu gün bizim 70 milyard dollar həcmində ehtiyatlarımız var, xarici borcumuz ÜDM-in cəmi 8%-ni təşkil edir. Bayaq toxunduğum məsələyə qayıtsaq, bir gün bu borc məsələsi partlamalı idi və partladı. Bunu ilk siqnalı ABŞ-ın ipoteka böhranı ilə gəldi. Bu proses bütövlükdə qlobal iqtisadiyyatın zəifliklərini ortalığa qoydu", - deyə AMB rəhbəri bildirib.

O qeyd edib ki, bu prosesin tənzimlənməsi xeyli vaxt alacaq: "Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, qlobal əmtəə indeksləri son 7 ildə 30% düşüb. Bundan başqa, ərzağın qiyməti 6%, neftin qiymətlərinə bağlı olan metalın qiyməti 17% enib".

E. Rüstəmov əlavə edib ki, tələbin azalması ABŞ, Çin və digər iqtisadi güc mərkəzlərinin iqtisadi artım tempinin xeyli aşağı düşməsinə səbəb olub.

Azərbaycan heç zaman populist siyasət yürütməyib deyən AMB rəhbəri əlavə edib ki, Azərbaycan nefti gəlirlərindən səmərəli şəkildə istifadə edir: "Neft gəlirləri əldə olunan zaman beynəlxalq maliyyə institutları tərəfindən böyük diskissiyalar aparılırdı və bizə tövsiyə edirdilər ki, bu gəlirlər düzgün xərclənməlidir, xarici bazarlarda diversifikasiya olunmalıdır, gələcək nəsillər üçün saxlanılmalıdır və sair. O zaman cənab prezident gözəl bir strategiya seçərək bildirdi ki, təbii ki, gələcək nəsillərə də vəsait saxlanılmadır, amma gələcək nəslə gözəl infrastruktur, inkişaf etmiş ölkə, modern iqtisadiyyat saxlanılmalıdır. Biz bu vəsaitinin yarıdan çoxunu istifadə edərək, ölkənin hazırkı vəziyyətə gəlməsinə nail olduq. Bu vəsaitin yarısına yaxınını isə makroiqtisadi sabitliyin qorunmasına saxladıq".

Dünya birjalarında neftin ucuzlaşmasına toxunan E. Rüstəmov deyib ki, Azərbaycan neftin qiymətinin yüksək olduğu illərdə kontrtsiklik iqtisadi davranış göstərərək çox əhəmiyyətlə bir "maliyyə yastığı" yaradıb. "Bu maliyyə yastığının əhəmiyyəti ondan ibarətdir ki, neftin qiymətinin azaldığı vaxtda ölkə bütövlükdə öz xərclərini, makroiqtisadi sabitliyini hamarlasın, bu vəsaitlərdən istifadə etsin. Bizim kifayət qədər manevr imkanlarımız var. Bu manevr imkanları bizə cari ilin vəzifələrini yerinə yetirməyə kömək edəcək", - deyə baş bankir qeyd edib.

Bununla yanaşı, E. Rüstəmov bildirib ki, neftin ucuzlaşması "həm tələb, həm təklif amili ilə bağlıdır".

Neftin qiyməti ilə bağlı proqnozlarını açıqlayan E. Rüstəmov aparıcı beynəlxalq maliyyə institutlarının hesablamalarına əsaslanaraq deyib ki, "qara qızıl"ın 1 bareli 40-60 dollar civarında satılacaq.

"Qlobal böhranın başladığı 2008-ci ildən bəri Azərbaycanda iqtisadi inkişaf davam edir. Hər il olduğu kimi, 2015-ci il üçün də hədəflər çox böyükdür. Heç bir şübhə yoxdur ki, Azərbaycan iqtisadi inkişaf və makroiqtisadi sabitlik üzrə qarşıya qoyulan hədəflərə çatacaq", - deyə o bildirib.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol