• $
  • €
  • ₽
  • ₺
  • £

Demis Russosu düşünərkən...

Demis Russosu düşünərkən...
28.01.2015 23:01
Bəli, yunan müğənnisi Demis Russos da vəfat etdi... Bəlkə də indiki gəncliyə bu ad çox şey demir... Doğrusu, onların estrada kumirləri haqqında mənim elə bir təsəvvürüm yoxdur-müasir estradanı kimlərin təcəssüm etdirməsindən xəbərsizəm, mənim sevdiyim qruplar isə artıq ya dağılıb, ya da tarixə qovuşub...

Amma o vaxt Demis Russosu biz çox sevərdik- gözəl səs, lirik nəğmələr həqiqətən də adamın ruhunu oxaşyırdı. Düzdür, sovet təbliğatının bir estrada filtri də vardı. Amma özü bəzən bu filtrləri götürməli olurdu, çünki bir çox hallarda xarici estrada qrupları öz nəğmələrində yaşadıqları ölkənin və quruluşun eybəcərliklərindən bəhs edirdi...

Həm də heç də hamı oxunan nəğmələrin sözlərini başa düşmürdü, biz sadəcə, onların melodiyaları altında rəqs edirdik...
Tələbəlik vaxtı pasxa günlərində səhərə qədər diskoteka təşkil edirdilər ki, xristian tələbələr kilsəyə getməsin. Biz də kef çəkirdik-spirtli içki butulkaları biri-birinin ardınca boşalır, musiqinin səsi hər tərəfi bürüyür, qızların səsi yataqxananı başına götürürdü...

Uşaqlıq və gənclik elə şeydir ki, onlar adama hədsiz dərəcədə şirin görünür. O illərin təkrarsızlığı adamı belə bir fikrə yönəldir ki, indi guya hər şeyin dadı qaçıbdır, amma o vaxtlar isə...

Bəli, ardını yazmıram, çünki yazısız da bəllidir ki, o dövrü fetişləşdirəcəm. Ola bilsin, onda da dünyada böyük şou-biznes, şou-industriya vardı. Amma biz bundan xəbərsiz idik. Heyranlıqla ABBA haqqında filmə baxırdıq və o atmosferi tutmağa çalışırdıq...

Biz, sovet gəncləri, bir qədər təcrid olunmuşduq. Dünya haqqında təsəvvürlərimizi xarici tələbələrin hesabına genişləndirməyə çalışırdıq. Bəli, yerli estrada qrupları, müğənniləri də vardı - Andrey Makareviç və qrupu, Alla Puqaçova, Leontyev və s.
Amma o vaxt xarici estrada qrupları bir sosial fenomen kimi, bir etiraz kimi bizə o qədər də tanış deyildi. Məsələn, fərqinə varmırdıq ki, ABBA "İnsanlar yolunu azıb” - deyə oxuyurdular. Eşitmişdik ki, filan qrup "Brejnev Əfqanıstanı tutdu”-deyə oxuduğuna görə qadağan olub. Amma bütün bunlar bizim romantik gəncliyimizi dəyişmək iqtidarında deyildi-şənbə gününü, diskotekanı səbirsizliklə gözləyir, şərab ehtiyatı görürdük...

Adam gəncliyində nəyisə sevir, amma yaşa dolduqca sadəcə anlamağa çalışır.

Bu anlamaq prosesi çox yorucudur, bezdiricidir, əvvəlki romantikadan əsər-əlamət qalmır...

Sonradan mən estrada qruplarının nəğmələr toplusunu almağa başladım. Sovet vaxtı bu, bəlkə də mümkün deyildi. Amma sonrakı dövrlərdə Rusiya nəşriyyatları nədən pul çıxarmırdılar? Qərəz, mən bu topluları almağa başladım və gördüm ki... Bəli, gördüm ki, ay dadi-bidad, bunlar bizimki kimi "sevgilim-yarım” deyil, böyük poeziyadır, etiraz poeziyasıdır...
Beləcə, mən xarici estradanı, daha doğrusu, klassikaya çevrilmiş qrupları bir daha özüm üçün kəşf etdim...

Amma gec idi. Əslində biz bunu cavanlıqda etməli idik. Qismət olmadı. Amma "Nə deyir bunlar?” yanğısının üstünə su tökə bildik... İndi daha yaş da o yaş deyil. Bəlkə kimsə hələ də cavan görünmək istəyir. Amma mən olduğum kimi görünməyə çalışıram...

Fikirləşirəm ki, görən, Demis Russos öz sinqllərilə məndə əvvəlki həvəsi, ehtirası oyada bilərmi? İnanmıram. 
Bilirsiniz, adam gənclikdə özünü göylərdə görür. Amma yaşa dolduqca Yer səni çəkir, çəkir və bir gün də udur...
Diskotekada yavaş rəqsləri səbirsizliklə gözləyirdik. Yavaş rəqslər zamanı qızları rəqsə dəvət edirdik. İndi bunu bacararıqmı? Vallah, bilmirəm... Burada yadıma məşhur bir film düşür. Deyəsən, adı "Qadın ətri” idi. Bəli, kor hərbçi gənc qadını rəqsə dəvət edir və hamını heyran edən bir rəqs göstərir...

Görünür, bu, da mənəvi güc məsələsidir. İnsanın fiziki və mənəvi gücü olur. Elə adamlar var ki, onlar mənəvi güclərini ahıl vaxtlarına qədər saxlaya bilirlər. Əslində insan mənəvi güc tükənəndə qocalığa birdəfəlik təslim olur... Bəli, çox gec yaşlarda sevməyi heç də hamı bacarmır...

Bunu tək-tük adam edə bilir. İndi mən estradaya da tamam başqa rakursdan baxıram. Vəfat etmiş Demis Russos da mənim üçün müğənnidən daha çox bir dövrdür, o dövr ki, yavaş-yavaş tarixə qovuşur...

Hüseynbala Səlimov

Musavat.com
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol