• $
  • €
  • ₽
  • ₺
  • £

Vaqif Səmədoğlu sabah I Fəxri xiyabanda dəfn olunacaq

Vaqif Səmədoğlu sabah I Fəxri xiyabanda dəfn olunacaq
28.01.2015 15:01
Bu gün dünyasını dəyişən xalq şairi Vaqif Səmədoğlu ilə vida mərasimi sabah Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza bildirib. Mərasim saat 14.00-da başlanacaq.

Mərhum I Fəxri xiyabanda torpağa tapşırılacaq. Azərbaycanın xalq şairi, ictimai xadim Vaqif Səmədoğlu bu gün səhər saatlarında vəfat edib. V.Səmədoğlu uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Vaqif Səməd oğlu Vəkilov 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına Musiqi Məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971) olub. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib. Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc edilib. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib, "Oğuz eli" qəzetinin baş redaktoru olub (1992-1994). 2000-2005-ci illərdə Azərbaycanın Milli Məclisinin üzvü olub.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol