• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda “iPhone” kəskin ucuzlaşdı - Qiymətlər

Azərbaycanda “iPhone” kəskin ucuzlaşdı - Qiymətlər
28.01.2015 18:22
Azərbaycanın telefon mağazalarında "iPhone”larin qiyməti kəskin enib.

ANN.Az Fins.az-a istinadən xəbər verir ki, telefon satışı şəbəkələrinə istinadən məlumatına görə, ucuzlaşma "iPhone”larin bütün modellərində, xüsusilə də şirkətin sonuncu "iPhone 6”  və "iPhone 6 plus”da müşahidə olunub.

200 manatlıq gözlənilməz endirim
Belə ki, indiyədək 799 manata təklif edilən «iPhone 6» modelinin (16 GB) qiyməti birdən-birə 200 manat ucuzlaşaraq 599 AZN-ə enib. «iPhone 6 plus» modelinin qiyməti isə 899 AZN-dən 769 AZN-ə, yəni 130 manat endirilib. Başqa sözlə, ən böyük endirim «iPhone 6» modelində (200 manat), ən kiçik endirim isə «iPhone 4S»də baş verib. 8 GB-lıq bu modelin qiyməti 399 manatdan 359 manata endirilib.

Qiymət endirimləri eyni vaxtda bütün ticarət şəbəkələrində baş verib. Bu şəbəkələrdən biri olan "IntegralPlus”dan Fins.az-a bildirilib ki, endirimin müəllifi  mobil telefonların distribyutoru olan «Yunayted Telekom»dur. Şirkətdən onu da bildiriblər ki, digər mobil telefon modellərində də qiymətlər aşağı düşüb.

Ucuzlaşmanın səbəbi nədir?
Qiymətlərin enməsi yaxşı xəbər olsa da, "iPhone” telefonlarının belə kəskin ucuzlaşması təəccüb doğurur. Məsələ bundadır ki, analoji modellərdən öz bahalığı ilə fərqlənən "iPhone” smartfonlarının qiyməti adətən belə kəskin ucuzlaşmır. Bir qayda olaraq "iPhone”ların qiyməti buraxıldıqdan uzun müddət sonra, özü də tədricən endirilirdi. Özü də bu proses adətən yeni modellərin buraxılması ərəfəsində baş verirdi. İndi isə hətta baha qiymətinə baxmayaraq ölkədə sürətlə populyarlaşan "iPhone 6”ların  qiymətlərin kəskin enməsi maraq doğurur.

Bu addımın son vaxtlar ölkənin mobil telefon bazarında baş verən proseslərlə əlaqəli olması da istisna deyil. Qeyd edək ki, rəsmi distribüterlərdə telefonların satış qiyməti yüksək olduğundan ölkə vətəndaşlarının bir qismi mobil telefonları elektron ticarət yolu il əvə ya xarici ölkələrdən alıb gətirməyə üstünlük verir. Bu isə telefon şirkətlərinin gəlirlərinə mənfi təsir edir.

Ucuzlaşma xaricdən gətirilən telefonlara marağı azalda biləcəkmi?
Vəziyyəti dəyişmək üçün məsələyə dövlət qurumları müdaxilə edib və ötən həftədən etibarən mobil telefonların fərdi şəkildə ölkəyə gətirilməsində çətinliklər yaranıb. Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev dünən jurnalistlərə açıqlamasında bildirib ki, . "Bəzi işbazlar elektron ticarətdən vergidən yayınmaq üçün istifadə edirlər. Azərbaycanda da mobil telefonlar idxal olunarkən müəyyən qeydiyyatdan keçməlidirlər. Buna görə də bu tip elektron ticarət qanun-qaydanın riayət olunmasında müəyyən problemlər yaradır. Bizim borcumuzdur ki, ölkədə qoyulan qanunun riayət olunmasını təmin edək”.

Bununla yanaşı, qeyd etmək yerinə düşər ki, istənilən halda ölkə qanunevriciliyi şəxsi məqsədlər üçün  telefonların elektron ticarət vasitəsilə əldə edilməsini və ya xarici ölkələrdən alınıb gətirilməsinə qadağan etmir. Bu mənada saxlanan telefonların sahibləri baş verənlərlə bağlı məhkəmədə uğurla iddia qaldıra bilərlər.

Görünür, bu perspektivi rəsmi distribütorlar da başa düşüblər. Bu mənada mağazalarda telefonların ucuzlaşması onların xaricdən alınmasına marağı azaltmaq məqsədi də daşıya bilər.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol