İran əcnəbi qadınlara icazə verdi

İran Voleybol Federasiyasının başçısı Mahmud Afşardost İrann ev sahibliyi edəcəyi və 2015-ci ilin iyun-avqust aylarında keçiriləcək Asiya Kişilər Voleybol Çempionatında "əcnəbi qadınların yarışmanın keçiriləcəyi idman zallarında olmasında, yarışı izləməsində hər hansı problem yoxdur" - deyib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Afşardost Asiya Voleybol Konfederasiyasının baş katibinə göndərdiyi məktubda "İranda yerləşən xarici ölkə səfirliklərində çalışan qadınlar, xarici komandalardakı idmançıların ailə üzvləri, İranda səfərdə olan əcnəbi qadınlar, yaxud digər səbəblərə görə ölkəmizdə olan əcnəbi qadınlar çempionatı izləyə bilər" - deyə qeyd edib.
Məktubda o da qeyd olunub ki, Tehrandakı Azadi Kompleksində düzənlənəcək maçda qadınlar üçün "uyğun və özəl" yer təşkil olunacaq.
Qeyd edək ki, indiyə qədər İranda istər yerli, istərsə də əcnəbi qadınların kişi idman yarışlarını izləməsi qadağan idi.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi