• $
  • €
  • ₽
  • ₺
  • £

"Facebook" illik gəlirlərini açıqladı - 12,47 milyard

"Facebook" illik gəlirlərini açıqladı - 12,47 milyard
29.01.2015 19:30
Sosial şəbəkələrin başında duran "Facebook" 2014-cü ildə ümumi mənfəətinin ötən illə müqayisədə 58 faiz artdığını və 12,47 milyard dollar qazandığını açıqlayıb.
 
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, şirkət 2014-cü ilin son rübündə 3 milyard 851 milyon dollar gəlir və 701 milyon dollar xalis mənfəət əldə edib.
 
2013-cü ilin son rübündə 2 milyard 585 milyon dollar gəlir və 523 milyon dollar xalis mənfəttə qazandığını açıqlayan şirkət 2014-cü ilin eyni dövründəki mədaxili 49 faiz artırdığını, xalis mənfəətinin də 34 faizə çatdığını bildirib.
 
"Facebook" gəlirlərinin 93 faizinin reklamlardan əldə etdiyini, 2014-cü ilin son rübündə 3,59 milyard dollara olan reklam gəlirlərinin 2013-cü ilin eyni dövrünə nisbətən 53 faiz artdığını ifadə edib.
 
Şirkət 2014-cü ildə  ümumi mənfəətinin ötən illə müqayisədə 58 faiz artaraq 12,47 milyard dollar olduğu açıqlayıb. "Facebook" yaradıcısı və icraçı direktor Mark Zuckerberg "2014-cü ildə çox şeyə nail olduq. "Facebook" böyüməyə davam edir və biz dünyanı birləşdirmək üçün daha da inkişaf edirik" deyib.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol