• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda avtobus sürücülərinin etirazı - Video

Bakıda avtobus sürücülərinin etirazı - Video
30.01.2015 10:21
Yolun bərbadlığı üzündən avtobuslar son dayanacağa getməkdən imtina edir.

ANN.Az ANS TV- yə istinadən xəbər verir ki, bu vəziyyət daha çox sakinləri narahatlığına səbəb olub.

Sabunçu rayonunun, Ramana qəsəbəsinə xidmət göstərən 49 saylı sərnişin avtobusunun sürücüləri, marşurutun son dayanacağına, yəni Qəzənfər Əfəndiyev küçəsinə getməkdən imtina edir. Səbəb isə həmin istiqamətdə yolların bərbad olmasıdır. Deyirlər yollarda o qədər çuxurlar var ki, hərəkət etmək mümkün deyil: "Hələ yağış yağanda vəziyyət daha dözülməz olur. Yolun asfalt qatı tamamilə sıradan çıxıb. Qazancımızın da yarısı avtobusun təmirinə gedir".

Az keçmədən ərazidə yaşayan sakinlər də sürücülərin etirazına qoşuldu. Onlar bildirdi ki, bu sürücülərin yolla bağlı ilk narazılığı deyil.

"23 nömrəli sərnişin avtobusu yolları bərbad olması səbəbindən fəaliyyətinin dayandırıb. İndi də 49 nömrəli avtobus da fəaliyyət göstərməkdən imtina edir. Bizə bildirirlər ki, yollarınız bərbad vəziyyətdədir işləyə bilmirik. Aidiyyatı qurumlara şikayət edin yollarınızı təmir etsinlər, ondan sonra biz dəçalışaq” – deyə şikayətçi Ülkər Məhərrəmova bildirib.

"Yollarımız tamamilə dağılıb. Asfalt elə vurublar ki, indi asfaltdan əsər- əlamət qalmayıb. Asfaltın altında olan hər şey üzə çıxıb, pis vəziyyətdədir yollarımız” – deyə şikayətçi Novruz Nəsibov vurğulayıb.

Sakinlərin sözlərinə görə, sonuncu dəfə bu yol bir neçi il bundan əvvəl təmir edilib. O vaxt da kanalizasiya xətlərində yaranan problemlər yolu sıradan çıxartmışdı. Amma vurulan asfalt qatı bir neçə ay tab gətirib. Deyirlər ki, dəfələrlə Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Amma gəlib maraqlanan yoxdur. Bu zaman əraziyə 49 nömrəli marşurutun dispetçiri də gəldi. O, yollar təmir olunmadığı təqdirdə, marşrutların xətdə buraxılmağının mümkün olmayacağını bildirdi.

"Avtobusar yarasız hala düşür. Avtobuslar bir dövrə vurduqdan sonra ikinci dövrədə məcburən avtobus parkına təmirə getsin. Təkrar təmir olunsun ki, xəttə çıxsın. Məsələn, səhərə sürücü tapıb işlədə bilmirəm. Sürücü evinə pul apara bilməyəndən sonra səhər mən onun işə yaza bilmirəm. İstər-istəməz nəticədə sərnişinlərlə problem yaşanır. Biz də insanıq. Əgər aidiyyatı qurumlar bununla bağlı lazımi bir tədbir görməsəslər, burda işləmək qeyri-mümkündür " - deyə 49 saylı marşurutun dispetçeri Nizami İbrahimov qeyd edib.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirdilər ki, artıq Qəzənfər Musabəyov küçəsilə yanaşı, daha iki küçənin yolunun təmir edilməsilə bağlı "Azəryolservis” ASC-ə müraciət edilib. Yaxın bir neçə gündə problemlə bağlı işlərə başlanılacaq.

 
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol