İcazəsiz xaricə gedən məmur işindən oldu - Bakıda

Bakıda rəis müavini işdən çıxarılıb.
ANN.Az "Report"a istinadən xəbər verir ki, Hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, Xətai Rayon Polis İdarəsinin (RPİ) 36-cı Polis Bölməsinin (PB) rəsi müavini polis mayoru Bəhruz Əliyev vəzifəsindən uzaqlaşdırılıb.
Belə ki, B.Əliyev bölmənin rəisi Vidadi Qurbanov məzuniyyətdə olduğu müddətdə xidmət yerini özbaşına tərk edərək xarici ölkələrdən birinə istirahətə yollanıb. Daxili İşlər Nazirliyi (DİN) və Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəhbərliyi məsələdən xəbərdar olan kimi V.Qurbanov vəzifəsindən çıxarılıb.
Artıq 36-cı bölməyə yeni rəis müavini də təyin edilib. Belə ki, buna qədər 31-ci PB-də eyni vəzifədə çalışan Anar Həbibzadə, 36-cı PB-nin rəis müavini vəzifəsinə təyinat alıb.
DİN-in mətbuat xidməti B.Əliyevin sərəncama göndərildiyini təsdiqləyib.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi