• $
  • €
  • ₽
  • ₺
  • £

Yunanıstanın energetika naziri: "DEPA şirkəti satılmayacaq"

Yunanıstanın energetika naziri: "DEPA şirkəti satılmayacaq"
31.01.2015 10:56
Yunanıstanın yeni energetika naziri Panayotis Lafazanis Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən bu ölkənin qazpaylayıcı şəbəkənin operatoru olan DESFA şirkətinin səhmlərinin alınmasına münasibət bildirib.
 
"APA-Economics"in "Reuters"ə istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, "Yunanıstan hökuməti Avropa Komissiyasının qərarını gözləyəcək və gələcək addımlarını müəyyən edəcək".
 
Nazir həmçinin DEPA şirkətinin özəlləşdirilməsi məsələsinə də toxunub.
 
"Maraqlı tərəfin kimliyindən asılı olmayaraq, biz DEPA-nı heç kimə satmayacağıq və özəlləşdirilməsinə imkan verməyəcəyik", - deyə P. Lafazanis bildirib.
 
Xatırladaq ki, 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.
 
2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və "Petroleum” şirkəti arasında "Səhmlərin Alqı-Satqı Müqaviləsi” və "Səhmdarlar haqqında Müqavilə” imzalanıb.
 
SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni "Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.
 
DEPA və DESFA-nın satışı bu ölkənin özəlləşdirmə proqramının əsas bəndlərindən biri hesab olunur. Yunanıstan onların satışından 1,5 mlrd. avro əldə etməyi nəzərdə tutur.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol