• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda nadir tapıntı

Qarabağda nadir tapıntı
03.02.2015 12:37
Azərbaycanda başqa xalqlarda qarşılığı olmayan nağıl süjetləri tapılıb.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) ANS PRESS-ə verilən məlumata görə, Folklor İnstitutu tərəfindən həyata keçirilən "Azərbaycanın Qarabağ bölgəsinin folklor nümunələrinin toplanılması, sistemləşdirilməsi, arxivləşdirilməsi və dəyərlənləndirilməsi” layihəsinin 2014-cü il mərhələsi başa çatıb.

Toplanmış materiallar əsasında hər biri 30 çap vərəq həcmində 9 kitabdan ibarət "Qarabağ: folklor da bir tarixdir” toplusu çap edilmiş, "Qarabağ folklorunun problemləri və perspektivləri” mövusunda I beynəlxalq və 3 elmi konfrans keçirilib.

Qeyd edək ki, layihə çərçivəsində bölgədən toplanılmış mifoloji mətn, əfsanə, rəvayət, nağıl, lətifə, atalar sözü, məsəl, bayatı, həmçinin laylalar, oxşamalar, düzgülər, oyunlar, uşaq folkloruna aid digər nümunələr və s. sistemləşdirilərək elmi ictimaiyyətə çatdırılıb. İlk dəfə qaçaqlarla bağlı çoxsaylı rəvayətlər əldə edilib, Qarabağın bir sıra lətifə qəhrəmanları, peşəkar nağıl söyləyiciləri üzə çıxarılıb.

Müəyyən edilib ki, 40-dan artıq nağil süjeti Azərbaycanda ilk dəfə toplanıb üzə çıxarılan nağıl süjetləridir və həmin süjetlərin 30-nun beynəlxalq "Aarne-Tompson Kataloqu”nda qarşılığı yoxdur. Digər xalqlarda qarşılığı olmayan həmin nağıllar sırf Azərbaycan nağıllarıdır və müasir folklorşünaslıq elmi üçün əhəmiyyətli tapıntıdır.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol