• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident fəvvarə və şəlalələr kompleksi ilə tanış oldu

Prezident fəvvarə və şəlalələr kompleksi ilə tanış oldu
04.02.2015 20:27
Azərbaycan prezidenti İlham Əliyev fevralın 4-də Bakının Xətai rayonu ərazisində yeni yaradılan fəvvarələr və şəlalələr kompleksi ilə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər barədə dövlət başçısına məlumat verib. Bilıdirilib ki, uzunluğu 150 metr olan kompleks ən müasir tələblər səviyyəsində qurulub.

Fəvvarələr və şəlalələr kompleksinin altında müasir texniki infrastruktur və idarəetmə mərkəzi yaradılıb. Müxtəlif rəngli 700-dən artıq işıq effekti fəvvarələrə xüsusi yaraşıq verəcək.

Qeyd edək ki, prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər Bakı şəhərində park və xiyabanların əsaslı şəkildə qurulması və yeni parkların, yaşıllıq zolaqlarının salınması, müasir tələblərə cavab verən istirahət guşələrinin yaradılması istiqamətində tədbirlər ardıcıl olaraq davam etdirilir.

Salınan yeni parklar və yaşıllıq zolaqları, əhaliyə xidmət göstərən iaşə obyektləri, bağlarda və xiyabanlarda ən müasir tələblərə cavab verən infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir.

Xətai rayonu ərazisində yeni yaradılan fəvvarələr və şəlalələr kompleksi də paytaxtda və respublikamızın digər bölgələrində həyata keçirilən abadlıq və quruculuq işlərinin davamıdır. Kompleksdə müasir işıqlandırma sistemi qurulub, yeni yaşıllıq zolağı salınıb, abadlıq işləri aparılıb, əraziyə keyfiyyətli plitələr döşənib.

Fəvvarələr və şəlalələr kompleksində yaradılan şəraitlə yaxından tanış olan dövlət başçısı müvafiq tövsiyələrini verib.//AzərTAc
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol