• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlıların Facebook sevgisi

Azərbaycanlıların Facebook sevgisi
05.02.2015 12:09
Facebook sosial şəbəkəsinin yaradılmasından 11 il ötür.

Hazırda dünyada 3 milyard internet istifadəçisinin 1,39 milyardı Facebooka daxil olur. Gündəlik Facebookdan 890 milyon insan istifadə edir. Ümumi istifadəçilərin 86%-i - 1,19 milyardı isə bu sosial şəbəkəyə mobil cihazlardan daxil olur.

Dünyada ən böyük auditoriyaya "Facebook for Every Phone" səhifəsi malikdir. Onun istifadəçilərinin sayı 547 milyon 137 min nəfərdən artıqdır. Brendlər arasında isə Coca-Cola şirkəti birincidir. Bu səhifəyə 93 milyon 354 min nəfər abunə olub. İkinci və üçüncü yerlərdə Makdonalds (55 612 757) və RedBull (45 934 453) şirkətləri dayanır. Tanınmış şəxslərin səhifələri arasında isə ABŞ Prezidenti Barak Obamanın rəsmi profili ən böyük auditoriyaya malikdir. Bu səhifəni 44 milyon 922 mindən artıq insan izləyir.

Azərbaycanda Facebook istifadəçilərinin sayı 1 milyon 320 min nəfərdir. Facebookun Azərbaycan dilinə tərcüməsinə 2008-ci ilin yay aylarından başlanılıb. 2009-cu ildən sayt rəsmi olaraq Azərbaycan dilində də fəaliyyət göstərir. Ölkədə müxtəlif şirkətlər, özəl və dövlət qurumları Facebookda aktiv fəaliyyət göstərir.

Qeyd edək ki, 2004-cü ildə Harvard Universitetinin tələbəsi Mark Zukerberq "The Facebook" adlı sosial şəbəkəni istifadəyə verib. İlk vaxtlar Facebook yalnız Harvard Universitetinin tələbələri üçün nəzərdə tutulurdu. 2005-ci ildə şirkət "facebook.com" domenini 200 min dollara satın alıb. 2006-cı il sentyabrın 26-da sosial şəbəkə bütün internet istifadəçilərinin ixtiyarına verilib.//AzərTAc
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol