• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA-nın magistraturasına qəbul imtahanının vaxtı bilindi

AMEA-nın magistraturasına qəbul imtahanının vaxtı bilindi
05.02.2015 21:22
Akademiyanın magistraturasında təhsil üçün 20 plan yeri ayrılıb 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına ilk dəfə keçiriləcək qəbul imtahanının vaxtı açıqlanıb. 

ANN.Az Lent.az-a istinadən xəbər verir ki, AMEA-dan verillən xəbərə görə, Akademiyanın magistraturasına qəbul imtahanı fevralın 22-də keçiriləcək: "Magistraturaya qəbul 20 plan yeri üzrə 7 ixtisasda (dilçilik, antropologiya, nəzəri və riyazi fizika, geologiya, kimyəvi genetika və kataliz, molekulyar biologiya, bitkilərin seleksiyası) aparılacaq. Magistraturaya qəbul üçün sənədlər toplanaraq lisenziya almaq üçün Təhsil Nazirliyinə təqdim edilib. Qəbul imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq. Qəbul prosesini təşkil etmək üçün TQDK ilə lazımi danışıqlar aparılacaq".
 
Qeyd edək ki, AMEA prezidenti Akif Əlizadə bir müddət əvvəl keçirdiyi mətbuat konfransında bu ilin fevralında AMEA-nın magistraturasına 7 ixtisas üzrə qəbul elan ediləcəyini bildirsə də, TQDK sədri Məleykə Abbaszadə "Təhsil haqqında" qanunda elmi müəssisələrin magistraturasına qəbulla əlaqədar maddə olmadığını əsas gətirərərk bunu təkzib etmişdi.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol