• $
  • €
  • ₽
  • ₺
  • £

Servantesin qəbri tapıldı

Servantesin qəbri tapıldı
06.02.2015 10:18
Məşhur "Don Kixot” müəllifinin qəbrinin bir neçə illik axtarışı bəhrə verməkdədir: ispan arxeoloqlar yazıçının təxmini dəfn yerini tapa biliblər.

ANN.Az Axar.az-a istinadən xəbər verir ki, təxminən 400 ildir ki, Servantesin qəbri itmiş hesab olunurdu. Ehtimal edilirdi ki, o, 1616-cı ildə Madriddə Müqəddəs Üçlük Ordeni monastrında dəfn olunub. Bu müddət ərzində monastrın binası bir neçə dəfə təmir edilib, fransiskan rahiblər (XIII əsrdə təsis olunmuş fransiskan katolik təriqəti rahibi – red.) isə məbədin ərazisində yüzlərlə yoxsul ispaniyalını dəfn edib. Məlumdur ki, Servantes də elə ömrünün sonunu səfalət içərisində keçirib.

Qorunub saxlanılmış arxiv məlumatları sayəsində məlum olub ki, yazıçını 1616-ci ilin bir şənbə səhəri kilsədə dəfn ediblər. Həm də Servantes ölümündən əvvəl rahibliyi qəbul etdiyindən ordenin bütün qaydalarına riayət olunmaqla dəfn olunub. Məhz elə bu fakt yazıçının təxmini dəfn yerini ehtimal etməyə əsas verib. Belə ki, geomaqnit radarın köməyi ilə "M.S.” inisiallı bir qəbir tapılıb. İndi bircə qalır meyitin identifikasiyası.

Bu günlərdə qəbir açılacaq və məhkəmə tibbi ekspertləri yazıçının həyatının məlum faktları ilə meyiti müqayisə edəcəklər. Məlumdur ki, Servantes 1571-ci ildə Lepanto yaxınlığındakı döyüşdə üç güllə yarası alıb: ikisi döş qəfəsindən, biri isə bazu önündən (dirsəklə pəncə arasındakı hissə - red.). Sonuncu yara o qədər ciddi idi ki, yazıçının sol əli iflic olmuşdu. Tədqiqatçıların fikrincə, bütün bunlar sümüklərdə iz qoymalıdır. Alimlər həmçinin kəllə sümüyünə əsasən Servantesin "üzünü” bərpa etməyi planlaşdırırlar.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol