• $
  • €
  • ₽
  • ₺
  • £

Qubada alma məhv edilir

Qubada alma məhv edilir
08.02.2015 11:30
Qubalı fermerlər alma satışının zəif olması səbəbindən məhsullarını çaylara tökür.  Region Txəbər verir ki, meyvənin yığımından 4 aydan çox vaxt keçsə də, bağbanlar tədarük edilən məhsulun satışında ciddi problemlərin olduğunu bilidirir. 


Meyvənin əsas satış bazarlarından sayılan Rusiyada rublun düşməsi, ölkə daxilində isə alıcılıq qabiliyyətinin aşağı olması tonlarla məhsulun tədarük məntəqələrində qalmasına səbəb olub. Havanın isti keçməsi isə meyvənin çürüyərək itkiyə getməsini sürətləndirir.


Hazırda 1 kq alma 10-15 qəpiyə alınır. Bağbanların sözlərində görə, alış qiyməti meyvənin yetişdirilməsinə və saxlanılmasına çəkilən xərcləri heç cür ödəmir. Satışın zəif olmasını şərtləndirən amillərdən biri də ölkəyə məhsulun xaricdən gətirilən növlərinin daha çox olmasıdır.


Mütəxəssislər isə məhsulun tədarük məntəqələrində qalmasını xarici bazarlara çıxışın zəif olması ilə bağlayırlar.Bundan başqa Şimal regionunda emal müəssələrinin azlığı da tonlarla meyvənin itkiyə getməsinə səbəb olur.


Qeyd edək ki, Qubada  14 724 hektar meyvə bağı var ki, bunun da əksəriyyətinidə alma yetişdirilir. Ötən il bağlardan 122 min 816 ton meyvə toplanıb.
 
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol