• $
  • €
  • ₽
  • ₺
  • £

"Qanun" nəşriyyatından daha iki tərcümə kitabı

"Qanun" nəşriyyatından daha iki tərcümə kitabı
09.02.2015 11:38
"Qanun" nəşrlər evi yeni əsərlər nəşr edib. 

ÇARLZ DİKKENS  OLİVER TVİSTİN MACƏRALARI

Tərcümə: Əkbər Ağayev

Kiçik yaşlarından kimsəsiz qalan Oliver yad adamların qapılarını dolaşaraq sonda Londona gəlib çıxır. Təsadüf onu azyaşlı cinayətkarlardan ibarət bir dəstəyə gətirir. Həyatın dibindəki bu amansız mühitdə Oliver hər cür sınaqlardan keçməli olur. Saysız-hesabsız macəralar sonda yeniyetməni xeyirxah insanlarla üzləşdirir.

Çarlz Dikkensin "Oliver Tvistin macəraları” kitabı müəllifin sosial romanlarından biridir. O, ədalətli olaraq dünya ədəbiyyatının şedevrləri siyahısına daxil edilib.

 
ÇAK PALANİK – GÜNDƏLİK

Tərcümə: Kifayət Haqverdiyeva

Kitabda süjet istedadlı gənc rəssam Misti Uilmotun ətrafında inkişaf edir. O, içki aludəçisidir və mehmanxanada ofisiant işləyir. Onun əri Piter podratçıdır və intihar cəhdindən sonra komaya düşüb. Piterin müştəriləri onun təmir elədiyi evlərin divarlarına yazıb gizlətdiyi müraciətnamələri bəhanə gətirərək Mistini məhkəməyə verəcəkləri ilə təhdid edirlər. Qəflətən Mistinin rəssamlıq qabiliyyəti özünə qayıdır. İlhama gəlmiş rəssam qadın tezliklə başa düşür ki, yüzlərlə insanın həyatına təhlükə törədən böyük bir sui-qəsdin təşkilatçılarının əlində, sadəcə, oyuncaqdır. "Gündəliklər”in müəllifi psixoloji fəndlərə və qara yumora üstünlük verərək, oxucunu onu oxumağa vadar edir.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol