• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda xarici siqaretlər bahalaşacaq

Azərbaycanda xarici siqaretlər bahalaşacaq
09.02.2015 13:19
Azərbaycanda idxal olunan tütün məmulatlarının aksizlərinin artması siqaretlərin bahalaşmasına səbəb ola bilər.

Bu barədə "European Tobacco Baku" (ЕТВ) ASC-nin İdarə Heyətinin sədri Rüfət Quliyev bildirib.

Onun sözlərinə görə, bazarda qiymət dəyişiklikləri yalnız xarici siqaretlərə aid olacaq, yerli məhsulların qiymətləri isə hazırkı səviyyədə qalacaq: "Hər halda bunun necə baş verəcəyini dəqiq demək çətindir. Obyektiv tələb və təklif qanunu var. Əgər adamlar daha yüksək qiymətə siqaret almağa hazır olarlarsa, onda qiymətlər yuxarı sıçraya bilər. Əgər tələb düşərsə, onda qiymətlər çox da qalxmayacaq, ya da ümumiyyətlə, dəyişməyəcək. Qiymətlərdə kəskin sıçrayışın olacağına şübhə edirəm. Əgər dəyişikliklər olarsa, bu, cüzi olacaq”.

R.Quliyev qeyd edib ki, bu gün ETB ölkədə siqaretə tələbatın 27-30 faizini ödəyir: "Daha çox satmaq imkanımızın olduğu məlum olarsa, onda istehsalın həcmini artıracağıq. Müəssisənin istehsal gücü bunu etməyimizə imkan verir. Əlbəttə ki, bu bazardakı rəqabətdən asılıdır. Tütün məmulatlarının istehsal həcminin artırılması bir neçə amildən - siqaret istehsalçısı olan böyük şirkətlər arasındakı razılşamalardan, bazardakı tələbdən və xammalın qiymətlərindən asılıdır”.

Bu günlərdə Azərbaycan Nazirlər Kabineti respublika ərazisinə gətirilən spirtli içkilərin, tütün məmulatlarının, eləcə də neft məhsullarının yeni aksiz dərəcələrini təsdiqləyib. Onlar 2015-ci il martın 1-dən qüvvəyə minəcək. //Trend

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol