• $
  • €
  • ₽
  • ₺
  • £

Ünvanlı sosial yardımı alanlara - Şad xəbər

Ünvanlı sosial yardımı alanlara - Şad xəbər
10.02.2015 14:03
"Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişikliklər ediləcək.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında məlumat verilib.

Komitənin sədri Hadi Rəcəbli bildirib ki, dəyişiklikdə müvafiq qanunun 8.1-ci maddəsində "1 il” ifadəsi "2 il” ifadəsi ilə əvəz olunacaq: "Əsas məqsəd məmur bürokratiyasına son qoyulması, vətəndaşların hüquqlarının daha güclü şəkildə qorunması, onların sosial durumunun yaxşılaşdırılmasıdır. Vətəndaşlar əvvəllər 6 ay, sonralar isə 1 il müddətinə bu hüquqdan yararlanırdılarsa, indi yenidən heç bir sənəd düzəltmədən iki il bu hüquqdan istifadə imkanı əldə etmiş olacaqlar”.

Hadi Rəcəbli onu da söyləyib ki, ünvanı sosial yardımla bağlı onlara daxil olan şikayət və ərizələrin sayı azalıb. O, təklif edib ki, ünvanlı sosial yardımla bağlı problemlərin aradan qaldırılması istiqamətində dinləmələr keçirilsin.

Komitə üzvü Elmira Axundova isə qeyd edib ki, sosial yardım meyarlarına yenidən baxılmalıdır: "Heç bir imkanı olmayan, işsiz qalan, pensiya ala bilməyən şəxslərə bəzən ünvanlı sosial yardım verilmir. Çox vaxt imkanı elə də pis olmayan insanlar ünvanlı sosial yardımdan faydalanır. Ona görə də bununla bağlı meyarlara yenidən baxılmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nə qədər çalışsa da, ünvanlı sosial yardımla bağlı problemlər qalmaqdadır. Buna görə də ünvanlı sosial yardımla bağlı dinləmələrin keçirilməsi də vacibdir və bu təklifi dəstəkləyirəm”.

Deputat Məlahət İbrahimqızı da vurğulayıb ki, müavinətlərin hansı məqsədlərlə verilməsi müəyyən edilməlidir.

Qanun layihəsi Mili Məclisin plenar iclasına tövsiyə edilib.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol