• $
  • €
  • ₽
  • ₺
  • £

Bulvarda yeniliklər olacaq

Bulvarda yeniliklər olacaq
10.02.2015 15:07
Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə əlaqədar Dənizkənarı Milli Parkda bir çox yeniliklər olacaq.

ANN.Az buro247.az-a istinadən verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.

Avropa Oyunlarınadək hər kəs bulvarın istənilən ərazisində "Wi-Fi" xidmətindən yararlana biləcək. Nazim Məcidovun sözlərinə görə, hazırda əksər obyektlərdə bu xidmət var, lakin hələlik hamısını əhatə etmir. Avropa Oyunlarınadək "Wi-Fi" sisiteminin bütün bulvar ərazisini əhatə edəcəyi planlaşdırılır. Bundan əlavə, idarə rəsmisi bildirib ki, fevral-mart aylarında bulvara yeni gəzinti qatarları gətiriləcək və Avropa Oyunlarına qədər, təxminən may ayında bulvarın yeni əraziləri də istifadəyə veriləcək.

N. Məcidov qeyd edib ki, bulvar ərazisi genişlənəndən sonra dənizdə gəmi gəzintisi marşrutu da genişləndiriləcək: "İndi gəmilər ancaq Dövlət Bayraq Meydanı və "Crystal Hall"-un ətrafında fırlanır, bulvar genişlənəndən sonra isə bütün bulvarı əhatə edən marşrut istifadəyə veriləcək. Hələlik qış ayları olduğuna görə gəmilər havalar yaxşı olanda və yalnız şənbə-bazar günü tələbat olduğu üçün işləyir. Ona görə də marşrutu dəyişməyə heç ehtiyac yoxdur. Amma Avropa Oyunları zamanı marşrutların genişləndirilməsi nəzərdə tutulur".

Qeyd edək ki, hazırda bulvarın ərazisi sahil boyu 6 km-dən artıqdır. Bulvar hər iki istiqamətdə genişləndikdən sonra isə onun uzunluğu ümumilikdə 15 km olacaq.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol