• $
  • €
  • ₽
  • ₺
  • £

"Qanun"dan yeni kitablar

"Qanun"dan yeni kitablar
10.02.2015 16:08
Bu gün satışa çıxan yeni kitablar


VİTOLD QOMBROVİÇ - FERDİDURKA

Tərcümə:  Vaqif Azəryar

"Ferdidurka” – maraqlı, ancaq yüngül qiraət deyil. Bu, hər şeyin ucdantutma qarşısıalınmaz tərəqqiyə məruz qaldığı bir əsrdə insan ruhunun, demək olar ki, yeganə etibarlı intellektual müdafiə vasitəsi olan sarkazm və özünə istehza ilə dolu həm fəlsəfi povest, həm qrotesk, həm ədəbi esse, həm də lirik etirafdır. Və əlbəttə ki, "Ferdidurka” – hər şeydən əvvəl, əsl ədəbiyyatdır.

"Mən çalışırdım göstərim ki, insan üçün ən son nöqtə hər hansı bir mütləq dəyər deyil, insandır və mən cəhd edirdim ki, bizim qeyri-rəsmi, hətta gizlində olan mifologiyamızın yaradıldığı bu özünəvurğun kallığın ən qarışıq aləmini fəth edim. Mən insanlıqda gizlənən repressiv gücün qüdrətini və aşağıdakının özündən üstün olana zorakılığının poeziyasını qabartdım”. 




Elbrus Ərud - Anne annem

Tanınmış jurnalist, "Qafqazinfo” portalının rəhbəri Elbrus Ərudun bu kitabında son illərdə qələmə aldığı köşə yazıları və hekayələri toplanıb. Yazılar ayrı-ayrı vaxtlarda ərsəyə gəlsə də, onlar bütöv bir əsərin parçaları kimi oxunur, sözün ictimai rolunu, cəmiyyətdəki gücünü, enerjisini göstərir.
 Kitabdakı yazılar bütövlükdə bir obraz yaradır – jurnalist obrazı.  Bu obraz öz həyatının ən vacib məqamlarını oxuculara təqdim edir, eyni zamanda cəmiyyətdəki proseslərə anındaca reaksiya verir, tənqidçi, bir az da çılğın ruhuyla baş verənləri incələməyə çalışır.

Kitabda jurnalist peşəsinin çətinlikləri – hücumlar, tən­qidlər, təhdidlər, qorxu, həyəcan, eləcə də uğur, sözün qalib olması və sair məqamlar ayrı-ayrı detallar şəklində oxucuya çatdırılır. Eyni zamanda, kənd həyatı, yoxsul, biçarə insanların həyat tərzi, torpaqların işğal olunmasıyla qaçqın düşənlərin dəhşətli taleyi barədə vacib ştrixlər verilir.
 
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitab mətbuat sahəsində çalışanlara, xüsusilə jurnalistika fakültələrinin tələbələrinə tövsiyə olunur.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol