• $
  • €
  • ₽
  • ₺
  • £

Abituriyentlərin 65%-i qəbul imtahanlarından “2” alıb

Abituriyentlərin 65%-i qəbul imtahanlarından “2” alıb
11.02.2015 16:16
TQDK sədri ötən ilin göstəricilərini açıqladı.

2014-cü ildə Azərbaycanda keçirilən qəbul imtahanlarında abituriyentlərin 64.7%-i qəbul imtahanlarında 200-dən az bal toplayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə "Abituriyent” jurnalının 12-ci sayının təqdimatında deyib.

"Qəbulda toplanılması mümkün olan maksimal bal 700-dür:

"0-700 bal diapazonunu şərti olaraq 0-200, 200-300, 300-500, 500-700 intervallarına bölərək, ənənəvi "2”, "3”, "4”, "5” qiymətləri ilə analogiyasını yaratsaq, görərik ki, ötən il abituriyentlərin 64.7 faizi imtahandan "2”, 13.6%-i "3”, 15.7%-i "4”, 6.0%-i isə "5” qiymət alıb”, o bildirib. 

Əvvəlki qəbul ilində bu göstəricilərin müvafiq olaraq 65.0%, 13.8%, 15.7%, 5.6% olduğunu deyən TQDK sədri vurğulayıb ki, bu il "2” və "3” qiymət alanların faizi nisbətən azalıb, "5” qiymət alanların faizi artıb, "4” qiymət alanların faizi isə dəyişməyib.

"Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da əksini tapıb. Ali məktəblərə qəbul olanların 29.9%-ni "3”, 40.2%-ni "4”, 15.5%-ni isə "5” qiymət alanlar təşkil edib. 

Əvvəlki il bu göstəricilər uyğun olaraq 27.7%, 41.3%, 14.8% olub. 100-dən az bal toplayan abituriyentlərin hamısı, 100-200 bal toplayan abituriyentlərin isə 19%-i xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olanlardır”, TQDK sədri deyib.

Məleykə Abbaszadə təəssüflə qeyd edib ki, keçən il Daşkəsən, Ağsu, Xaçmaz, Astara, Samux, Ucar, Qusar, Ağdaş, Qobustan, Sabirabad, Zərdab, Goranboy, Lerik, Şabran, Quba, İmişli və Yardımlı rayonları, eləcə də Naxçıvan MR Kəngərli, Sədərək və Babək rayonlarından olan abituriyentlərin 40%-dən çoxunun 2014-cü ildəki qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol