• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənov: "Suriyaya gedən 300 azərbaycanlı potensial təhlükə mənbəyidir"

Əli Həsənov: "Suriyaya gedən 300 azərbaycanlı potensial təhlükə mənbəyidir"
29.05.2020 02:01
Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov Bakıda "The Financial Times” qəzetinin müxbirlərinə sensasion sayıla biləcək açıqlamalar verib.

ANN.Az Virtualaz.org-a istinadən xəbər verir ki, qəzet az əvvəl bu açıqlamaları öz saytında yayıb. Əli Həsənov jurnalistlərin suallarına cavabında ABŞ-da Ukraynaya silah verilməsinə dair artan tələbləri dəstəkləməyib. Eyni zamanda Bakının Ukraynadakı münaqişənin Azərbaycanın milli təhlükəsizliyinə və daxili sabitliyinə mümkün təsirindən narahatlığını ifadə edib.

"Ümumiyyətlə, Azərbaycan münaqişələrin hərbi yolla həllinə qarşıdır. Biz hesab edirik ki, müasir dünyada münaqişələrin həlli üçün daha güclü alətlər var” - deyə Ə.Həsənov bildirib.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, Azərbaycan Qərb hökumətlərinin Ermənistana qarşı Ukrayna məsələsində olduğu kimi sərt mövqe tutmamasından məyusdur: "Bizim bu məsələdə Qərbə etirazlarımız ikili standartlara görədir. Bir münaqişədə Qərb tərəflərdən birini separatçılar adlandırır, digərində bunu etmir”.

Ə.Həsənovun bildirdiyinə görə, Qarabağ münaqişəsi zonasında son vaxtlar gərginliyin artması "Ermənistanda öz mövqelərini möhkəmləndirmək istəyən daxili qüvvələrin işidir”. O, ABŞ və müttəfiqlərinin Ermənistanı beynəlxalq təşkilatlardan qovmaq üçün tədbirlər görməli olduğunu deyib.

Ə.Həsənov Azərbaycanda radikal İslam təhlükəsi barədə də danışıb. Deyib ki, bəzi qüvvələr Azərbaycanı radikal fundamentalistlərin ölkəsi kimi görmək istəyir, bəzi qüvvələr Azərbaycanın dünyəvi inkişaf yolunu dağıtmağa çalışır.

Qəzet qeyd edir ki, bununla belə cənab Həsənov ABŞ-la münasibətlərə dair barışdırıcı ton seçib, Bakının Vaşinqtonla terrorla mübarizədə və enerji sahəsində əməkdaşlığını qeyd edib, insan haqları məsələsində fikir ayrılıqlarının yaranmasına görə Amerika hökumətinin özünü deyil, ABŞ-dakı qeyri-hökumət təşkilatlarını günahlandırıb.

"Təəssüf ki, bəzi qüvvələr bu insidentlərdən istifadə edərək Amerika-Azərbaycan münasibətlərini pisləşdirməyə, Azərbaycanın imicinə zərbə vurmağa çalışır. Lakin Azərbaycan Qərb ölkələri ilə strateji tərəfdaşlığa sadiqdir” - deyə PA rəsmisi bildirib.

Ə.Həsənov Azərbaycanın Suriyaya döyüşməyə gedən radikallar problemini Qərblə bölüşür. O, 300-ə yaxın azərbaycanlının döyüşmək üçün Suriyaya getdiyini, onların evə qayıtdıqdan sonra təhlükəsizliyə potensial təhlükə yaradacağını deyib.

"Hesab edirəm ki, Qərb ölkələrinin Suriyaya döyüşməyə gedən bir neçə yüz vətəndaşı ora gedən bir neçə yüz azərbaycanlıdan daha az təhlükəlidir” - deyə Əli Həsənov Azərbaycan əhalisinin nisbətən az olduğuna eyhamla bildirib.

Prezident Administrasiyasının rəsmisi həmçinin deyib ki, neftin ucuzlaşmasına baxmayaraq hökumtə büdcə və inkişaf planlarını yerinə yetirə biləcək. Çünki hökumət bank depozitlərinə, daşınmaz əmlak satışına və bahalı xarici maşınlar kimi dəbdəbə predmetlərinə vergilər qoyub.

Bununla belə Ə.Həsənov özəl sektora əlavə vergi qoyulmayacağını bildirib. O, manatın kəskin devalvasiyasını istisna edib. Amma deyib ki, manatın avroya nisbətdə kursuna yenidən baxıla bilər.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol