• $
  • €
  • ₽
  • ₺
  • £

Şahbaz Xuduoğlunun ailəsinə üz verən itkiylə bağlı cinayət işi

Şahbaz Xuduoğlunun ailəsinə üz verən itkiylə bağlı cinayət işi
12.02.2015 12:05
Jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin müstəntiqi Elvin Əzimovun verdiyi məlumata görə, ötən gün Masallı-Yardımlı yolunda baş verən qəza ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları pozduqda zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

E. Əzimov bildirib ki, ilkin ehtimala görə, yol qəzasının baş verməsinə hava şəraitinin yağışlı olması və sürücünün sükan arxasında yuxulaması səbəb olub.

Qeyd edək ki, ötən gün saat 15.30 radələrində Masallı-Yardımlı yolunda "Qanun” Nəşrlər Evinin sürücüsü, Bakı şəhər sakini  Rafiq Muxtar oğlu Mustafayevin idarə etdiyi  90-LB-944 dövlət nömrə nişanlı, "Toyota Prado” markalı avtomobil dərəyə aşıb. Nəticədə maşında olan 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan digər sərnişin 1974-cü il təvəllüdlü Əliyeva İlahə Xudu qızı isə xəsarət alaraq Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı "Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşı, xəsarət alan İlahə Əliyeva isə bacısıdır.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol