• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev fərman imzaladı

İlham Əliyev fərman imzaladı
12.02.2015 10:58
Prezident "ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman verib. 

ANN.Az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, fərmana əsasən, "ASAN ödəniş” sistemi haqqında Əsasnamə” təsdiq edilib.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılıb. 

Həmçinin, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi də fərmanda öz əksini tapıb. 

"ASAN ödəniş” sisteminə qoşulmaq üçün texniki tələbləri və "ASAN ödəniş” sistemindən istifadə qaydalarını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edilməlidir. 

Bununla yanaşı, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməlidir. Nazirlər Kabinetinə bu fərmandan irəli gələn digər məsələlərin də həll etməsi tapşırılıb. 

Prezzidentin digər bi tapşırığına əsasən, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir. 

Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə, "ASAN ödəniş” sisteminin fəaliyyətinin təşkili, idarə olunması və saxlanılması xərclərinin maliyyələşdirilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. 

5. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər):

5.1. informasiya sistemləri və ehtiyatlarının "ASAN ödəniş” sisteminə qoşulması üçün zəruri tədbirlər görsünlər;

5.2. inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarların, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokolların, xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş inzibati xətaların törədilməsinin foto və ya video görüntülərinin real vaxt rejimində "ASAN ödəniş” sisteminə ötürmək məqsədilə proqram təminatının dayanıqlı, fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etsinlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi isə "ASAN ödəniş” sisteminin fəaliyyətinin təşkili və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir. "ASAN ödəniş” sistemi vasitəsilə bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş dövlət orqanları arasında məlumat mübadiləsini və əməliyyatları təhlükəsiz və operativ şəkildə həyata keçirmək məqsədi ilə vahid inteqrasiya və mobil xidmətlər şlüzündən (m-Gov) istifadə olunmasını təmin etməlidir. 

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi isə dövlət orqanlarının "ASAN ödəniş” sisteminə qoşulması üçün onları zəruri telekommunikasiya kanalları ilə təmin etməli, "ASAN ödəniş” sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görməlidir.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol