• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülərin nəzərinə: bu yollar bağlandı

Sürücülərin nəzərinə: bu yollar bağlandı
12.02.2015 16:08
Bu gün Bakının Nəsib bəy Yusifbəyli küçəsinin Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Mərdanov qardaşları küçəsinin kəsişməsinədək olan hissəsində yol-təmir işlərinə başlanılıb.

ANN.Az "APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda köhnə asfalt-beton örtüyü qaşınaraq çıxarılması işləri aparılır.

"Sabahdan etibarən asfalt-beton örtüyünün vurulması işlərinə başlanılacaq. Təxminən 3-4 gün ərzində bu işlərin tamamilə yekunlaşması gözlənilir”, - deyə qurum rəsmisi bildirib.

P. Mürsəliyev deyib ki, bundan əlavə, Abdulvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsindən Qələbə kinoteatrı qarşısında yerləşən dairəyə qədər olan köməkçi yolda da təmir işlərinə başlanılıb.

Həmin ərazidə də köhnə asfalt-beton örtüyü qaşınacaq, yeni asfalt-beton örtüyü ilə əvəzlənəcək: "Adıçəkilən yolda da yaxın bir neçə gün ərzində işlərin başa çatdırılması nəzərdə tutulub. Bundan başqa, Qələbə kinoteatrı qarşısında yerləşən dairədən Tbilisi prospekti istiqamətində gedən köməkçi yolda da təmir işləri aparılacaq”.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol