• $
  • €
  • ₽
  • ₺
  • £

"Ronaldo sevgilisindən ayrılandan sonra çətin günlər keçirir"

"Ronaldo sevgilisindən ayrılandan sonra çətin günlər keçirir"
13.02.2015 19:11

"Real Madrid"dən ayrılacağı barədə şayiələr gəzən portuqaliyalı futbolçu Ronaldoya menecerindən dəstək gəlib. 

ANN.Az goal.com-a istinadən xəbər verir ki, məşhur menecer Jorje Mendes Ronaldo barəsində bunları deyib: "Özünüzü ən yaxşı hiss elədiyiniz vaxt xoşbəxt bir ailə həyatınızın olduğu vaxtdır. Ancaq sonra hansısa səbəbdən aranızda problem baş verər və ayrılarsınız. Kriştiano Ronaldo olmaq elə də asan deyil. Nəticədə o da bir insandır. Çətin vaxtları ola bilər".

Ad günü keçirdiyinə görə portuqal futbolçunun sərt tənqidlərə tuş gəlməsini  düzgün saymayan Jorje Mendes bildirib ki, şəxsi həyat çox vaxt işə təsir edir: "Sevdiyi qızdan ayrılandan sonra çətin günlər keçirir. Bəlkə ad gününü qeyd etməsi az da olsa, bu problemlərin aradan qaldırılmasına kömək edəcəkdi".

Mendes Sneyderin timsalında Ronaldonun əhval ruhiyyəsini izah edib: "Sneyderin həyat yoldaşı Ramonadan ayrıldığı dövrü xatırlayın. Demək olar ki, futbolçu o zaman formasının zirvəsindəydi. Fiziki olaraq çox yaxşı vəziyyətdə olsa da, oynadığı oyunlarda heç cür istədiyi səviyyəni tapa bilmirdi. Belə anlar xüsusilə futbolçular üçün çətindir".

Qeyd edək ki, "Real Madrid"in "Atletiko Madrid"ə 0-4 hesabıyla məğlub olmasından sonra Ronaldonun dostları və yaxınları ilə birlikdə şən ad günü keçirməsi "Real" azarkeşlərinin və rəhbərliyinin narazılığına səbəb olub. Hətta Kral klubunun rəhbərliyi yaxşı təklif gələcəyi təqdirdə Ronaldonu satmağa hazır olduğunu bəyan edib. 
 
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol