• $
  • €
  • ₽
  • ₺
  • £

Gömrük məntəqələrinin yeni iş rejimi - 24 saat

Gömrük məntəqələrinin yeni iş rejimi - 24 saat
29.05.2020 05:53
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə” gömrük postunda Azərbaycan və İran gömrükçüləri arasında gömrük və sərhəd məsələləri ilə əlaqədar növbəti görüş keçirilib.


"Qafqazinfo”nun məlumatına görə, görüş Azərbaycan Dövlət Gömrük Komitəsi və İran Mərkəzi Gömrük İdarəsi arasında imzalanmış Anlaşma Memorandumunun  müddəalarına müvafiq olaraq gerçəkləşib.

Görüşdə İran İslam Respublikasını Biləsuvar Gömrük İdarəsinin rəisi Siyavuş Surinin, Azərbaycanı isə Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin rəisi Sahib Axundovun rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil ediblər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahib Axundov iki ölkə arasında tarixi-mədəni əlaqələrdən, eləcə də qarşılıqlı əməkdaşlığa əsaslanan iqtisadi-ticari münasibətlərdən söhbət açıb.

Öz növbəsində İran nümayəndə heyətinin rəhbəri Siyavuş Suri azərbaycanlı həmkarları ilə növbəti görüşdən məmnunluğunu ifadə edərək, Azərbaycanla İran arasında qarşılıqlı dostluq və mehriban qonşuluq münasibətlərindən bəhs edib.

Sonra görüşdə Azərbaycan-İran gömrük-sərhəd buraxılış məntəqələri arasında cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər fiziki şəxslərin gediş-gəlişi zamanı yaranan çətinliklərin aradan qaldırılması, müəyyən olunmuş normalar əsasında əl yüklərinin buraxılması məsələlərinə toxunublar.

Bundan başqa, görüşdə 24 saatlıq iş rejiminə keçid, Naxçıvan Muxtar Respublikasından gələn nəqliyyat vasitələrinin yanacaq çənlərinə tətbiq olunan cərimələr və bir sıra digər məsələləri ətraflı müzakirə olunub.

İran İslam Respublikası Biləsuvar Gömrük İdarəsinin rəisi Səyavuş Suri 24 saatlıq iş rejiminə keçmək üçün artıq yekun işlərin görüldüyünü və Novruz bayramından sonra bu birgə fəaliyyətin gerçəkləşəcəyinə əminliyini ifadə edib.

ANN.Az
 



Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol