• $
  • €
  • ₽
  • ₺
  • £

Xalq rəssamı vəfat edib

Xalq rəssamı vəfat edib
15.02.2015 14:00
Xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Davud Kazımov fevralın 14-də vəfat edib.

Mədəniyyət və Turizm Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, ömrünün 89-cu ilində dünyasını dəyişib.

Davud Kazımov sərbəst yaradıcılıq fəaliyyətinə İkinci Dünya müharibəsindən sonrakı dövrdə başlayıb. Bu vaxt bir çox rəssamların, o cümlədən də Davud Kazımovun yaradıcılığında müharibə qəhrəmanlarının bədii obrazlarının yaradılması əsas yer tuturdu. Onun əsərlərində səmimiyyət, uşaq məsumluğu, onları əhatə edən qayğıkeşlik bacarıqla əks olunub. Bu əsərlər səmimiliyi ilə yanaşı, əhval-ruhiyyənin təzəliyi, hisslərin təmizliyi ilə də yadda qalıb. Davud Kazımov öz dövrünün insanlarını, onların əhval ruhiyyəsini, psixoloji durumunu açıqlayan portret əsərlərinin də müəllifidir. Bu əsərlər rəssamın portret ustası kimi dəqiqliyini, dərin müşahidə qabiliyyətini, obrazların konkret xüsusiyyətlərini çatdırmaq istedadını əks etdirir. O, mənzərə janrı ilə yanaşı, həm də natürmort janrının əsl ustası kimi tanınıb.

Sənətkarın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Rəssamlar İttifaqının bədii fondunda, eləcə də Rusiya, Türkiyə, İran, Macarıstan, Almaniya və digər ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.

Davud Kazımov 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının akademik rəngkarlıq kafedrasının professoru idi.

Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Dövlət Rəssamlıq Akademiyasının rəhbərliyi və kollektivi müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Davud Kazımovun vəfatı ilə əlaqədar başsağlığı verirlər.
 
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol