• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda həyəcan

Bakı metrosunda həyəcan
17.02.2015 09:52
Bu gün səhər saat 08 radələrində Bakı Metropolitenində nasazlıq baş verib.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə metronun "Elmlər Akademiyası" stansiyasında qeydə alınıb.

Belə ki, sərnişinlərin sıx olduğu bir vaxtda stansiyanın çıxış istiqamətində işləyən eskalatoru dayanıb. Nəticədə eskalatorla yuxarı qalxan sərnişinlər təşviş keçirib.

Hadisə nəticəsində stansiyada sərnişin sıxlığı yaşanıb. Təxminən 5 dəqiqə müddətində eskalatordakı sərnişinlər ayaqla qalxmalı olublar.

"Elmlər Akademiyası" stansiyasının növbətçisi sərnişinlərə eskalatorun naməlum səbəbdən dayandığını bildirib. Növbətçi sərnişinlərə ehtiyatlı olmağı tövsiyyə edib.

"Hörmətli sərnişinlər, ehtiyatlı olun. Eskalator anidən işə düşə bilər və yıxıla bilərsiniz", - deyə növbətçi bildirib.

Eskalator bir neçə dəfə geriyə və irəli işləyib. Sonra isə yenidən işə düşüb.

Hadisə ilə bağlı Bakı metropolitenilə əlaqə saxladıq. Metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə sərnişinlərdən birinin məsuliyyətsizliyi ucbatından baş verib.

"Hadisə saat 08:40-da baş verib. Sərnişinlərdən biri heç bir səbəb olmadan eskalatorun təcili dayandırma düyməsini basıb. Təcili hadisə yerinə mütəxəssislər və polis əməkdaşları cəlb olunub. Araşdırmalar aparılıb və eskalatorun heç bir səbəb olmadan dayandırıldığı məlum olub. Eskalator saat 08:44-də təkrar işə salınıb”, - deyə Nəsimi Paşayev bildirib.

Hadisə zamanı heç kəs xəsarət almayıb. Lakin sərnişinlər narahatlıq keçirib. Bu səbəbdən belə hadisələrin baş verməməsi üçün Nəsimi Paşayev vətəndaşlara müraciət edib:

"Gərək hər kəs etdiyi əməlin nəticəsini dərk etsin. Biz eskalatoru dayanan kimi işə sala bilmərik. Onun hansı səbəbdən dayandırıldığı yoxlanmalıdır. Bu vaxt aparır. Buna qədər sərnişinlər əziyyət çəkir. Ona görə də, xahiş olunur ki, metropolitendə hansısa əməliyyatı yerinə yetirərkən son dərəcə diqqətli olun. Çünki məsuliyyətsiz hərəkət çoxsaylı insanın əziyyət çəkməsinə səbəb ola bilər”.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol