• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank ən böyük biznes filialını açdı

Unibank ən böyük biznes filialını açdı
17.02.2015 14:59
Unibank, biznes sahiblərinə xidmət göstərən ən böyük biznes filialını açdı. 

"Unibank- Biznes Mərkəzi” adlanan filial, həm kiçik və orta və həmçinin iri biznes sahibləri üçün bank xidmətləri təklif edir. Xətai metrostansiyasının yaxınlığında, Xocalı prospekti 44 ünvanında yerləşən filial digər biznes filiallarından öz böyüklüyünə və daha geniş çeşidli bank xidmətləri və məhsulları ilə fərqlənir. Biznes mərkəzində innovativ məhsulların təklifi və müştərilərin tələblərinə individual olaraq uyğunlaşdırılmış qeyri-standart məhsulların işlənib hazırlanaraq təqdim edilməsi nəzərdə tutulur. Filial korportiv müştərilərə hüquqi dəstəklə yanaşı, konsultasiya, layihələrin maliyyə ekspertizası xidmətləri də göstərəcək. "Unibank -Biznes Mərkəzi”ndə xarici maliyyə instutlarının vəsaitləri hesabına layihələrin maliyyələşdirilməsi geniş tətbiq olunacaq. Filial biznes sahibləri üçün müxtəlif bank məhsulları və xidmətləri göstərməklə yanaşı, müştərilər üçün xüsusi tədbirlər keçirməklə onlar arasında biznes əməkdaşlığının yaranmasına da öz töhvəsini verəcək.

Real sektora diqqətini günü-gündən artıran Unibank, ilk dəfə olaraq, yalnız bizneslə məşğul olan müştərilər üçün ixtisaslaşdırılmış filiallar açıb. "Unibank –biznes mərkəzi”nin fəaliyyətə başlaması ilə bankın biznes sahibləri üçün ixtisaslaşdırılmış filiallarının sayı 4-ə çatdı. Hazırda bankın "Qara Qarayev”, "İçərişəhər” və "Dərnəgül” filialları kiçik və orta bizneslə məşğul olan müştərilərin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyir. Yeni filial isə daha çox iri biznes sahiblərinə xidmət göstərəcək. Biznes filial şəbəkəsinin genişləndirilməsində məqsəd, bankın ölkənin iqtisadi inkişafına dəstəyini daha da gücləndirməkdir.

Unibank- Biznesinizə daimi dəstək

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol