• $
  • €
  • ₽
  • ₺
  • £

Latviyada azərbaycanlı deputata yüksək vəzifə tapşırıldı

Latviyada azərbaycanlı deputata yüksək vəzifə tapşırıldı
17.02.2015 19:15
Latviya parlamentinin yeganə azərbaycanlı deputatı Roman Naudinş qanunverici orqanın komitələrindən birinin rəhbəri seçilib.

2014-cü il noyabrın sonuna qədər bu ölkənin regional inkişaf və ətraf mühit naziri işləmiş R. Naudinş APA-ya açıqlamasında bildirib ki, ötən il oktyabrın 4-də keçirilən parlament seçkilərində iştirak edib və qalib gəlib. O qeyd edib ki, nazir vəzifəsində qalmağı özü istəməyib: "Mən noyabrın sonunda hökumətin yenidən təşkilində iştirak etmədim və fəaliyyətimi ancaq parlamentdə davam etdirməyi qərara aldım. Bu yaxınlarda səs çoxluğu ilə parlamentin İqtisadiyyat, kənd təsərrüfatı, ətraf mühit və regional siyasət komitəsinin sədri seçildim”.
 
Qeyd edək ki, R. Naudinş 1982-ci ildə Latviyanın Valmiera şəhərində anadan olub. Polis Akademiyasını bitirib və bir müddət istintaq orqanlarında yüksək vəzifələrdə çalışıb. Daha sonra vəzifəsindən istefa verərək bir müddət ailə biznesinin inkişafı ilə məşğul olub. 2009-cu ildə Latviya Milli Birlik Partiyasından Valmiera Vilayət Dumasının deputatı, 2011-ci ildə isə parlamentin üzvü seçilib. 2014-cü ilin mayında regional inkişaf və ətraf mühit nazirinin istefasından sonra bu sahənin inkişafı üçün nazir vəzifəsinə Roman Naudinş təyin olunub.
 
R. Naudinşin babası İdris İbrahimov Azərbaycanın Siyəzən rayonundandır və 1956-cı ildə Latviyaya köçüb.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol