Orxan Pamuk Ərdoğançıları qəzəbləndirdi

Bir neçə gün əvvəl ədəbiyyat üzrə Nobel mükafatı sahibi, məşhur romançı Orxan Pamuk demokratiyanın təməl daşlarının hər gül pozulduğunu, insanların ancaq fısıldayaraq danışdığını demişdi.
Ümumiyyətlə, siyasi polemikalara girməkdən qaçan Pamuk fransız xəbər agentliyi "AFP”yə verdiyi müsahibədə sərt fikirlər səsləndirib.
Prezident Rəcəb Tayyib Ərdoğana müxalif biri kimi deyil, bir romançı olaraq görülmək istədiyini bildirən Pamuk "mən, sadəcə, hökumətlə savaşmaq üçün tədbir görməməliyəm, eyni zamanda, insanların tələblərini də dinləməliyəm. Başı dərddə olan, hökumətdən narazı olan adamlar dərdlərini mənim danışmağımı istəyirlər” – deyib.
Nobel mükafatını qazanmağın onun həyatını asanlaşdırmadığını bildirən Pamuk Türkiyədə öz nəslindən olan çox sayda yazarın həbs olunduğunu, sürgün edildiyini və hətta öldürüldüyünü qeyd edərək özünün şanslı olduğunu deyib.
Yaxın keçmişdə bəzi çevrələrdə liberal və AKP tərəfdarı elan edilən Nobel mükafatçısı, məşhur romançı Orxan Pamuk "avtoritar əsgərlər getdi, yerinə avtoritar və islamçı hökumət gəldi” deyəndən sonra hökumətyönümlü mediyanın qəzəbinə səbəb olub.
"Takvim” qəzeti Pamukun Nobel mükafatını Türkiyəni "qaralayaraq” aldığına eyham vurarkən, "Yeni Şafak” qəzeti də Qahirə kitab sərgisində danışan Pamukun Misirdə baş verən hadisələrə göz yumduğunu qeyd edib.
Pamuk bir neçə gün əvvəl fransız xəbər agentliyi AFP-yə verdiyi müsahibədə demokratiyanın təməlini təşkil edən güclərin balansının AKP tərəfindən pozulduğunu iddia etmişdi.
Türkiyədəki demokratiyanı "Seçimlərin edildiyi, amma insan haqlarına və ifadə azadlığına hörmətin hər gün pozulduğu bir demokratiya” olaraq tanıdan Pamuk "Avtoritar əsgərlər göndərildi, onların yerini avtoritar və islamçı hökumət aldı” demişdi. O, bir il qaldığı ABŞ-dan qayıtdıqdan sonra ölkədə bir "qorxu iqlimi” hiss etdiyini, insanların fısıldayaraq danışdığını bildirib.
"Takvim”: Ölkəni pislədikcə kənarda tərəfdaş qazandı.
Məşhur yazarın AKP iqtidarını hədəf alan bu ifadələri hökümətyönümlü iki qəzetdə birinci səhifədə verildi.
"Hovuz mediası” olaraq adlandırılan qrupda olan "Takvim” qəzeti "Yalan mükafatı” başlıqlı xəbərində bu il roman sahəsində Pamuka verilən "Aydın Doğan” mükafatı ilə də "lağlağı” edib.
"Orxan Pamuk ölkəni pislədikcə kənarda tərəfdaş qazandı. Son mükafatı da "Aydın Doğan”dan aldı” xəbərində Pamukun qazandığı ədəbiyyat üzrə Nobel mükafatı da Türkiyə əleyhinə verdiyi açıqlamalarla əlaqələndirildi.
"Yeni şafak” qəzeti "Xuntaya bir söz də demədi” başlığı ilə verdiyi xəbərdə "Türkiyədəki siyasi sistemi yerdən-yerə vuran yazar Orxan Pamuk Misirdə iştirak etdiyi kitab sərgisində Sisi və rəhbərliyinə bir söz də demədi”
Kult.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























