• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA: Novruz bayramında papaq atmayın!

AMEA: Novruz bayramında papaq atmayın!
18.02.2015 15:54
Novruz bayramında qapılara papaq atma düzgün deyil və bu ənənə aradan qaldırılmalıdır. 

ANN.Az-ın məlumatına görə, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli deyib.

Qapılara papağın atılmasını düzgün saymayan alim bildirib ki, vaxtilə Novruz bayramında oğlanlar papaq deyil, qurşaq atıblar:

"Papağın atılması düzgün deyil. Çünki papaq ayaq altına atılmaz. O, qeyrət rəmzidir. Buna görə də təbliğat aparmaq lazımdır ki, uşaqların papaqatdı ənənələri yığışdırılsın. Vaxtilə qurşaq atılıb, papaq yox. Əvvəllər oğlanlar bellərinə qurşaq bağlayar, həmin qurşağı açıb atardılar”.

Son vaxtlar belə məsələlərin kölgə altında qaldığını deyən alim bildirib ki, dünya xalqları öz arxaik mədəni qatlarını yenidən açır və mədəniyyətlərinin obrazlarını, onun ayrı-ayrı atributlarını canlandırırlar: 

"Hətta bundan biznes kimi istifadə edən xalqlar da var. Onlar öz atributlarını əşyalar kimi düzəldirlər və bazara çıxararaq böyük mənfəət götürürlər. Amma bizim atributlarımızın hamısı - istər nağıllarımızdakı Cırtdan obrazı, istər Keçəl, istərsə də Göyçək Fatma obrazları kölgədə qalıb”.

A.Əhmədli təklif edir ki, Novruz bayramında papaq yerinə xüsusi torbalar atıla bilər: "Həmin torbalar isə iş adamları tərəfindən hazırlana və onların üzərində Keçəlin və Kosanın rəmzləşdirilmiş şəkilləri, səməni rəsmi ola bilər".

Alim hesab edir ki, əgər iş adamları bu işə xərc çəksələr, bundan yalnız mənfəət götürə bilərlər.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol