• $
  • €
  • ₽
  • ₺
  • £

Akademiklərə bizneslə məşğul olmaq hüququ verildi

Akademiklərə bizneslə məşğul olmaq hüququ verildi
18.02.2015 17:50
Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) yeni bir hüquq verilir.   

Milli Məclisdən Trend-ə verilən məlumata görə, "Elm haqqında” yeni qanun layihəsinə əsasən, Akademiya elmi fəaliyyəti maliyyələşdirmək məqsədi ilə Azərbaycanın qanunvericiliyində qadağan olunmayan digər fəaliyyət növləri, o cümlədən sahibkarlıqla məşğul olmaq hüququna malik olacaq. Bu qurum Azərbaycan qanunvericiliynə və öz nizamnaməsinə uyğun fəaliyyət göstərir.   Layihədə qeyd edilir ki, elmi və elmi-texniki fəaliyyətin maliiyyələşdirilməsi çox mənbəli olmaqla dövlət büdcəsinin, elmi fəaliyyət subyektlərinin öz vəsaitləri və ya cəlb olunmuş vəsaitlər, dövlət fondlarının vəsaitləri, kreditlər, qrantlar, ianələr, eləcə də Azərbaycanın qanunvericliyi ilə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir. 

  Elmi müəssisə və təşkilatların Azərbaycana elmi tədqiqatlar aparmaq məqsədilə gətirdikləri elmi avadanlıq, cihaz, qurğu, reaktiv və digər vasitələr gömrük rüsumundan və digər ödəmələrdən tam və ya qısmən azad edilə bilər, yaxud güzəştli şərtlər tətbiqi olunmaqla rəsmiləşdiriləcək.   Layihədə qeyd edilir ki, dövlət elmi müəssisələri yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirməyə açıq elan oluna bilər. Fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələri, eləcə də onların nəzdində fəaliyyət göstərən qurumlar özəlləşdirilə bilməz.  

Qeyd edək ki, "Elm haqqında” qanun layihəsi Milli Məclisin fevralın 24-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol