Tərcüməçi Tehran Vəliyev dünyasını dəyişib

Tanınmış tərcüməçi Tehran Vəliyev dünyasını dəyişib.
Mərhumun qardaşı Rafiq Vəliyevin APA-ya verdiyi məlumata görə, T. Vəliyev dünən axşam saatlarında dünyasını dəyişib.
O, uzun müddətdir, xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Mərhumla vida mərasimi bu gün öz evində keçiriləcək, Mehdiabad qəbiristanlığında dəfn olunacaq. T. Vəliyev uzun müddət Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat şöbəsində sektor müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, o, C.D.Selincer və U.Folknerin Azərbaycanda ən yaxşı tərcüməçilərindən hesab olunurdu.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























