• $
  • €
  • ₽
  • ₺
  • £

Elmar Məmmədyarovdan Dağlıq Qarabağla bağlı mühüm açıqlamalar

Elmar Məmmədyarovdan Dağlıq Qarabağla bağlı mühüm açıqlamalar
19.02.2015 22:23
"Azərbaycan sülh sazişinin hazırlanmasına dair işçi qrupunun yaradılması təklifini qəbul edib"

"Həmsədrlər birmənalı bəyan edirlər ki, Dağlıq Qarabağ münaqişəsindəki indiki status-kvo qəbuledilməzdir. Sonuncu dəfə Parisdə keçirilmiş görüşdən sonra Fransa prezidenti çıxışında Sülh sazişi üzərində hazırlıq işinin başlamasının vaxtının çatdığını bildirmişdi. Sülh sazişi üzərində işə başlamaq təşəbbüsü ilə Azərbaycan çıxış edib”.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tiflisdə Azərbaycan jurnalistlərinə müsahibəsində deyib.
 
Nazir bildirib ki, həmsədrlər də Azərbaycanın bu təklifini dəstəkləyir, bu prosesə başlamağı təklif edirlər: "Hamı anlayır ki, bu münaqişə ömürlük ola bilməz, Sülh sazişi imzalamaq üçün prosesin bu şəkildə davam etməsi həm çətin, həm də təhlükəlidir. Biz Sülh sazişi üzərində işi altı ay, yaxud bir il ərzində qurtarmalıyıq. Bu təklifi həmsədrlərlə müzakirə edəndən sonra onlar bu mesajla İrəvana getmişdilər. Məndə olan məlumata görə, Ermənistan rəhbərliyi bu qrafikə yox deyib. Mən artıq amerikalı həmsədrlə təmasda olmuşam və o mənə bildirib ki, Ermənistan rəhbərliyi təklifi rədd edib, hər-hansı işçi qrupunun fəaliyyətə başlanmasının, Sülh sazişi üzərində işin başlanmasının əleyhinə çıxış edib. Həmsədrlər, yenidən, çox güman ki, müəyyənləşdirəcəklər ki bu istiqamətdə necə iş qursunlar. Biz bu işə başlamalıyıq və qədər tez başlasaq o qədər yaxşıdır. Bu, hamı üçün, eləcə də Ermənistan üçün əlverişlidir. Azərbaycan artıq sülh sazişi üzərində işçi qrupu səviyyəsində addım-addım işin aparılmasına dair bu təklifi qəbul edib. İndi həmsədrlərin üzərinə Ermənistanla hansı dildə danışmaq lazım olduğunu müəyyənləşdirmək düşür”.
 
E. Məmmədyarov qeyd edib ki, torpaqlar işğaldan azad ediləndən sonra Azərbaycan dağıdılmış infrastrukturu bərpa edəcək: "İlk növbədə, Ermənistan hərbçiləri həmin ərazilərdən çıxarılmalı, nəqliyyat, içməli su, infrastruktur məsələləri həll edilməli, məcburi köçkünlər öz yerlərinə qayıtmalıdırlar. Bu məsələdə BMT-nin rolu böyük olmalıdır. Biz Dünya Bankı ilə də vaxtilə işləmişik və torpaqlarımızı bərpa etmək üçün planlarımız var”.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol