• $
  • €
  • ₽
  • ₺
  • £

“Elman Rüstəmov hamını aldatdı”- Deputat

“Elman Rüstəmov hamını aldatdı”- Deputat
21.02.2015 14:10
"Elman Rüstəmov Azərbaycan xalqına soyuq duş təşkil etdi”. Bu haqda virtualaz.org saytına parlamentin İqtisadi Siyasət Komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib.


"Bankların əksəriyyəti sözün hərfi mənasında bir neçə dəqiqə ərzində böyük ziyana düşdülər. Və mən istisna etmirəm ki, onlardan bir çoxu müflis olacaq”- deputat əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan 2008-ci ildə ABŞ və Avropada müşahidə edilən böhrana daxil olub və bu böhran ilk növbədə həmin ölkələrin maliyyə sektoruna zərbə vurmuşdu.

"Bütün maliyyə sferaları, ipoteka fondları, maliyyə təşkilatları böyük ziyana düşdülər, bu isə sonda Azərbaycan əhalisinə zərbə vuracaq. Mən özüm Mərkəzi Bankla danışıqlar apardım və xahiş etdim ki, kəskin devalvasiyaya getməsinlər və manatın kursunu tədricən endirsinlər. Mərkəzi Bank rəhbərliyi bizi, deputatları və bütün Azərbaycan xalqını aldatdı. Bundan sonra mən tam əminliklə deyə bilərəm ki, Elman Rüstəmov öz yerində deyil”- Vahid Əhmədov bildirib.

Deputat deyib ki, Milli Məclisin qarşıdakı iclasında Mərkəzi Bankın hərəkətinin qanunauyğunluğu məsələsini qaldıracaq.

"Qoy Elman Rüstəmov parlamentin və xalqın qarşısına çıxsın, bu cür kritik qərar qəbul etməsinin səbəbini əsaslandırsın”- o, əlavə edib.

Vahid Əhmədov bildirib ki, manatın kəskin devalvasiyası kəskin inflyasiyaya səbəb olacaq və əhaliyə güclü zərbə vuracaq. Ona görə də hökumət indidən əhalinin sosial müdafiəsi üçün tədbir görməlidir.


ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol