• $
  • €
  • ₽
  • ₺
  • £

Musa Quliyev: "Maaş və təqaüdlərin artırılması üçün iş gedir”

Musa Quliyev: "Maaş və təqaüdlərin artırılması üçün iş gedir”
23.02.2015 13:09
"Dünya o qədər balacalaşıb, o qədər qloballaşıb ki, müşahidə edilən iqtisadi, maliyyə prosesləri istənilən dövlətin həyatına təsir və müdaxilə edir. Bu proses Azərbaycandan da yan keçmir. Neftin qiymətinin aşağı düşməsi, ölkəmizin sıx iqtisadi əlaqələri olan Rusiyada böhranın baş verməsi şübhəsiz ki, bizdə də pul-maliyyə siyasətinə yenidən baxılmasını zəruri edir”.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev manatın məzənnəsinin aşağı salınması fonunda maaş və pensiyaların da qaldırılması məsələsinə şərh verərkən söyləyib.

O qeyd edib ki, ciddi narahatlıq doğuran məqamların aradan qaldırılması üçün iş gedir: "Bu gün təcili olaraq Vergilər, İqtisadiyyat və Sənaye nazirlikləri, bu işlə məğul olan digər strukturlar ciddi fəaliyyətə keçməlidirlər. Araşdırmalar aparmalı, ciddi böhran yaranan yerlər barədə hökumətə öz təkliflərini verməlidirlər. Bunun müqabilində də maaş və təqaüdlərin artırılması üçün tədbirlər görülməlidir.

Sizi inandırıram, bu işlər gedir. Elə sanmayın ki, hökumət yatıb, problemi yalnız sizlər hiss edirsiniz, amma icra orqanları hiss etmir. Belə şey yoxdur. 1-2 gün müddətində həyata keçirilən tədbirlərin effektiv təsirini mütləq görəcəksiniz”.

Deputat qeyd edib ki, manatın möhkəmliyinin aşağı salınması daxili istehsalın stimullaşmasına yönələn addımdır və Azərbaycanın daxili bazarının möhkəmlənməsinə xidmət edir: "İstehsalçıların marağını güdən və gələcəkdə Azərbaycanın qeyri-neft sektorunda istehsal olunan mal-əmtəə məhsullarının ixracını yaxşılaşdırmağa yönələn addım kimi qiymətləndirilməlidir.

Manatın məzənnəsinin dəyişməsi zəruri addımdır. Amma istənilən halda dövlətin digər strukturlar tərəfindən lazımi tədbirlər görüləcək ki, baş verənlər insanların sosial-rifahına mənfi təsir göstərməsin”.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol