Güclü külək Universitetin dam örtüyünü uçurdu

Bakıda müşahidə olunan güclü külək nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əsas tədris binasının dam örtüyü uçub.
ANN.Az
ANN.Az APA-ya istinadən xəbər verir ki, Ali məktəbin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov açıqlamasında deyib ki, hadisə fevralın 21-də universitetin Üzeyir Hacıbəyli küçəsi 68 ünvanında yerləşən əsas tədris binasında qeydə alınıb.
Onun sözlərinə görə, xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Şöbə müdiri qeyd edib ki, damın uçması tədris prosesinə də heç bir təsir göstərməyib: "ADPU-nun rəhbərliyi bu hadisə ilə əlaqədar dərhal müvafiq təşkilatlara müraciət edib. Hazırda ərazidə lazımi tədbirlər görülür. Həmin yerdə səliqə-sahman yaradılır”.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























