• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda konfet sexindən iyrənc görüntülər - Fotolar

Azərbaycanda konfet sexindən iyrənc görüntülər - Fotolar
29.05.2020 09:26
Lənkəran şəhərində qanunsuz fəaliyyət göstərən sexdə şirniyyat istehsalının qarşısı alınıb.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Lənkəran şəhərində ev şəraitində hazırlanan şəkərli-qənnadı məmulatlarının (konfet) istehlak bazarına çıxması ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanan məlumatların araşdırılması məqsədilə Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti monitorinq aparıb.

Xidmətin Lənkəran ərazi idarəsi əməkdaşlarının araşdırmaları nəticəsində müəyyən olunub ki, Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən yaşayış mənzilində gizli və qeyri-qanuni sahibkarlıq fəaliyyəti göstərilib. Adıçəkilən ünvanda kustar yolla şəkərli-qənnadı məmulatları (konfet) istehsal edilərək istehlak bazarında satışa çıxarılıb.

Yaşayış binasının I mərtəbəsində yerləşən istehsal yerinə baxış zamanı müəyyən olunub ki, sexdə konfetlərin istehsalı sanitariya norma və qaydalara uyğun gəlməyən, standartların tələblərinə cavab verməyən şəraitdə həyata keçirilib, məhaulların keyfiyyət və təhlükəsizlik göstəriciləri yoxlanılmayıb, istifadə olunan cihazlar kustar üsulla hazırlanmış avadanlıqlar olub.

Mənzildə şirniyyat istehsalı və satışı dayandırılıb, qanunvericiliyə müvafiq tədbirlər görülüb.

ANN.Az
 
 





Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol