• $
  • €
  • ₽
  • ₺
  • £

Yaşlı insanlara - XƏBƏRDARLIQ

Yaşlı insanlara - XƏBƏRDARLIQ
23.02.2015 17:12
Yazda yaşlı adamların bədənlərinin müqavimətləri zəif olduğundan onlar arasında ölüm halları arta bilər.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tibbi profilaktika və tibbi biologiya fakültəsinin dekanı, tibb elmləri namizədi Aydın Məmmədov bildirib ki, payızın sonlarında və qışdan yaza keçən dövrdə insanlar meyvə-tərəvəz az qəbul edirlər. Yaz ərəfəsində bədənin vitamin ehtiyatı azaldığından - hipovitaminoz yarandığından orqanizmin immuniteti zəifləyir. Buna görə də gizli xəstəliklər aktivləşir, soyuqdəymələr artır: "Mart-aprel aylarında hava çox dəyişkən olur. Belə dəyişkən hava şəraitinə də bədən adaptasiya ola bilmədiyindən insultların, infarktların sayı mart, aprel, oktyabr və noyabr aylarında artır. Yaşlı adamların bədənlərinin müqavimətləri zəif olduğundan yazda onların ölüm halları bu səbəbdən arta, əmək qabiliyyətləri pisləşə bilər”.

A.Məmmədov deyib ki, fəsillərin dəyişməsi ilə əlaqədar bədəndə yaranan vitamin çatışmazlığının nəticəsi olaraq, uşaqlarda, infarkt, insult keçirən, xroniki, oynaq xəstəlikləri olan insanlarda bu xəstəliklərin əlamətləri artır.

Bu kateqoriyadan olan insanlar xəstəliklərinin kəskinləşməməsi üçün profilaktik tədbirlər görə – təbii vitaminlər, bioloji aktiv maddələrlə zəngin qidalar qəbul edə bilərlər. Bununla yanaşı, onlar qidalanma, yuxu rejiminə ciddi riayət etməli, mənfi emosional gərginlikdən – stressdən özlərini qorumalı, geyimlərinə fikir verməlidirlər: "Xroniki xəstəlikləri olanlar – şəkərli diabet xəstələri, hipertoniyası olan, oynaq xəstəliklərindən – radikulit, ostroxondrozdan əziyyət çəkənlər geyimlərinə fikir verməli, çox soyuq havada bayıra çıxmamalıdırlar. İnsanlar həyat tərzini belə dəyişdirməklə ciddi fəsadların qarşısını ala bilərlər”.

Yuxu rejiminə riayət etməyin çox vacib olduğunu diqqətə çatdıran alim qeyd edib ki, insanın dincəlməsi üçün onun hansı növ əmək fəaliyyəti ilə məşğul olmasından asılı olaraq fərqli müddət lazımdır. Beyin yorulduqda onun dincəlməsi üçün daha çox vaxt lazımdır. Bədəndən fiziki gərginliyin çıxması üçün orta yaşlı insana nisbətən az vaxt - orta hesabla 8 saat, zehni işlə məşğul olanlara isə dincəlmək üçün çox vaxt - orta hesabla 9 saat və daha çox vaxt lazımdır. Amma burada həyat tərzi ilə əlaqədar fərdi xüsusiyyətlər də rol oynayır.

A.Məmmədovun sözlərinə görə, inkişaf etmiş ölkələrdə hipertoniyası, ürəyin işemik xəstəliyi və s. ciddi xəstəlikləri olan insanlar fəsildən fəsilə keçid dövründə xəstəxanaya yerləşdirilirlər. Belə xəstələr həmin kəskin keçid mərhələsində həkim nəzarətində olur, kritik dövr keçdikdən sonra isə evə buraxılırlar.

Alim bildirib ki, Azərbaycanda da sahə, ailə həkimləri insanlar arasında maarifləndirmə işləri aparmaq, insanların həyat tərzini dəyişdirməklə bağlı təbliğat apara və bununla da həmin xəstələri qoruya bilərlər.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol