• $
  • €
  • ₽
  • ₺
  • £

Manatın ucuzlaşması Milli Məclisdə müzakirə olundu

Manatın ucuzlaşması Milli Məclisdə müzakirə olundu
24.02.2015 13:56
Ziyad Səmədzadə: "Vaxt olub ki, Azərbaycan 4 rəqəmli inflyasiyadan 1 rəqəmli inflyasiyaya keçidi təmin edib, ümid edirəm ki, bu vəziyyətdən də uğurla çıxa biləcəyik”

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Mərkəzi Bankın manatla bağlı verdiyi son qərar müzakirə mövzusu olub.

APA-nın məlumatına görə, deputat Fərəc Quliyev Mərkəzi Bankın manatla bağlı atdığı addımın narazılığa səbəb olduğunu bildirib. O yaranmış vəziyyətdən sui-istifadə hallarından vətəndaşların təlaş keçirdiyini deyib: "Hökumət antiböhran proqramını işə salmalıdır”.

Deputat Milli Məclisin müvafiq komitəsində müzakirələr aparmağın vacib olduğunu da bildirib.

Deputat İqbal Ağazadə isə Mərkəzi Bankın manatın kursunun sabit saxlanılacağı barədə özünün yaydığı press-relizin əleyhinə qərar verdiyini deyib. O, baş verənlərin bahalaşmaya səbəb olduğunu, əhalinin bundan narahatlıq keçirdiyini bildirib. Deputat qeyd edib ki, bahalaşmaya görə vətəndaşlara kompensasiya verilməlidir.

Zahid Oruc isə deyib ki, Mərkəzi Bankın qərarını millətin mənafeyinə uyğun hesab edir: "Maksimum bir ay ərzində onlar da Mərkəzi Bankın qərarını bizim kimi müdafiə edəcəklər. Bunu tədricən etmək dollar milyonçularının xeyrinə idi. Mən bu qərarı açıq şəkildə müdafiə edirəm”.

Spiker Oqtay Əsədov deyib ki, əhalinin banklardakı vəsaitinə ziyan dəyməsi barədə deyilənlər yalandır: "Son bir-iki ay ərzində banklar tərəfindən vətəndaşların həmin pulları dəyişdirilib. Mərkəzi Bank manatın devalvasiyasının qarşısının alınması üçün addımlar atıb, bundan sonra da atacaq. Dünyada ciddi proseslər gedir, bilmək olmur ki, sabah nə baş verəcək. Həmçinin nəzərə alsaq  ki, Azərbaycan müharibə vəziyyətindədir, bu məsələdə xüsusi ajiotaj yaratmağa ehtiyac yoxdur. Amma o da doğrudur ki, bəzi mağaza, supermarket sahibləri süni qiymət artımı yaratmağa çalışır. Bu, yolverilməzdir. Çünki satılan məhsulların 70 faizi ölkədə istehsal olunur. Həm də mağazalarda satılan mallar manatın devalvasiyasından öncə gətirilib, qiymətləri niyə qaldırırlar?”

Deputat Siyavuş Novruzov isə deputat həmkarlarını populizmdə qınayıb: "Bu məsələdə populizmlə ehtiyac yoxdur. Hökumət özü mart ayında hesabatında bu məsələyə bir daha aydınlıq gətirəcək”.

Deputat Vahid Əhmədov deyib ki, Azərbaycanda manatın devalvasiyası çoxdan lazım idi, amma bu devalvasiya yumşaq formada olmalıydı: "Azərbaycan MDB məkanında yeganə dövlətdir ki, manatı uzun müddət sabit saxlayırdı. Devalvasiya tədricən olmalıydı, 2014-cü ilin əvvəlində başlamalıydı. Təəssüf ki, manat birdə-birə 33 faiz dəyərdən düşdü. Bu vəziyyətdə süni qiymət artımı halları baş verir və verəcək. Hökumət süni qiymət artımının qarşısını almalı, bununla əlaqədar proqram hazırlanmalıdır. Bundan başqa, əmanətlərin qorunması yollarından istifadə olunmalıdır. Dollarla kredit götürən sahibkarlar var, onların kreditləri qaytarmalarında problemlər ola bilər. Bu baxımdan da hökumət antiböhran tədbirlərini hazırlayıb, qısa müddətdə həyata keçirməlidir”.

MM-in İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə bildirib ki, milli valyutanın məzənnəsi bütün hallarda dəyərdən düşməliydi: "Dünyada müəyyən proseslər baş verir, xüsusən də neftin qiymətin düşür. Mərkəzi Bank hər il 2 və 2,5 milyard dollar intervensiya edirdi. Ekspertlər haqlı olaraq deyirdilər ki, bu, uzun müddət davam edə bilməz, valyuta ehtiyatları tükənə bilər. Mərkəzi Bankın intervensiya etdiyi həcm Ermənistanın büdcəsinə bərabərdir. Azərbaycan son 10 ildə böyük inkişaf yolu keçib. Bu, düzgün pul kredit siyasəti nəticəsində olub. İstəməzdim ki indi bu siyasətə kölgə düşsün. Çünki Mərkəzi Bankın intervensiyası 10 il ərzində Azərbaycan iqtisadiyyatının inkişafına sosial inkişafda dinamizmin artmasına səbəb olub”.

Z. Səmədzadə deyib ki, manatın devalvasiyası səbəbindən qiymət artımı ilə bağlı məsələlər həll edilməlidir: "Amma bu, antiböhran tədbirləri deyil, sadəcə, qiymət artımının qarşısının alınmasına yönəlmiş addımlardır. Azərbaycanda 500-dək kiçik orta müəssisə yaradılacaq, manatın devalvasiyası isə ixrac potensialının artmasına kömək edəcək. Vaxt olub ki, Azərbaycan 4 rəqəmli inflyasiyadan 1 rəqəmli inflyasiyaya keçidi təmin edib. Ümid edirəm ki, Azərbaycan indi də bu vəziyyətdən uğurla çıxa biləcək”.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol