• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ilk dəfə olaraq “eTicarət Zirvə Toplantısı” keçirilib - FOTOLAR

Bakıda ilk dəfə olaraq “eTicarət Zirvə Toplantısı” keçirilib - FOTOLAR
24.02.2015 17:08
Mütəxəssislər maraqlı məqamları iştirakçılarla bölüşüblər.

Elektron Ticarət İcması və Shopera.az-ın təşkilatçılığı, Kapital Bankın təşkilatı dəstəyi ilə 20 fevral tarixində keçirilən zirvə toplantısında bankların taksit kart menecerləri, onlayn alış-veriş saytlarının rəhbərləri, pərakəndə satış şirkətlərinin nümayəndələri, mobil ödəmə sistemlərinin təmsilçiləri hesabat xarakterli çıxışlar ediblər.

Oxu.Az xəbər verir ki, çıxışçıların təqdimatları iştirakçılar tərəfindən maraqla dinləndikdən sonra eTicarət haqqında suallar verilib. "eTicarət Zirvə Toplantı”sı müzakirələr, proqnozlar və fikir mübadiləsi formatında keçirilib.

Tədbirdə bank sektorundan "Albalı Kart” Meneceri Çingiz Abbasəliyev, "YapıKredi Bank Azərbaycan”-ın marketinq üzrə mütəxəssisi Məlahət Adilova, "Kapital Bank” Rəqəmsal Marketinq Şöbəsinin müdiri Rəşid Salehov, "Millikart” Ödəmə Sisteminin marketinq direktoru  Nigar Rüstəmzadə öz çıxışlarında taksit kartlarından, ödəmə sistemlərindən və eTicarətin banklar üçün əhəmiyyətindən danışıblar.

İkinci panel zamanı çıxış edənlər, Shopera.az-ın təsisçisi və rəhbəri Rəşad Camal, Gozelevler.com-un həmtəsisçisi Günel İsmayılova və "Mobile Payment Systems” MMC-in biznesin inkişafı üzrə direktoru Nigar Axundova elektron ticarətin Azərbaycandakı vəziyyətini, real praktikanı və digər maraqlı məqamları iştirakçılarla bölüşüblər.

Sonuncu paneldə isə "Baku Electronics” marketinq şöbəsinin müdiri Şirəli Ələkbərov, "İdeal Parfumeriya və Kosmetika Mağazaları Şəbəkəsi”nin marketinq şöbəsinin müdiri Rafiq Vəliyev, "Rahat Marketlər Şəbəkəsi”-in marketinq müdiri Kənan Şirinov, "Sinteks” qrupun marketinq meneceri Anar Heydərov və pərakəndə və xidmət sahələri üzrə biznes konsultant Tural Abdullayev offlayndan-onlayna keçiddən, alıcı istəklərindən və elektron ticarətin günümüzün trendinə çevrildiyindən danışıblar.

Tədbirdə çıxış edənlərin arasında KapitalBank-ın marketinq direktoru Vüsal Nağıyev, Qafqaz Universiteti Texnoparkının direktoru İsa Qasımov, və bu sahədə çalışan digər mütəxəssislər də olub.

Təşkilatçıların sözlərinə görə, ilk dəfə təşkil olunmuş "eTicarət Zirvə Toplantı”sının ənənəvi xarakter alaraq növbəti illərdə də keçirilməsi nəzərdə tutulub.

ANN.Az






Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol