• $
  • €
  • ₽
  • ₺
  • £

«Biz pulumuzu dollarla istəyirik» - BANKLAR

«Biz pulumuzu dollarla istəyirik» - BANKLAR
25.02.2015 13:39
Azərbaycanda dolların və başqa xarici valyutaların kəskin bahalaşmasına baxmayaraq ölkə bankları müştərilərinə dollarla verdikəri kreditləri onlardan dollarla da tələb etmək niyyətindədirlər.
 
ANN.Az fins.az-a istinadən xəbər verir ki, banklardan bildirilib.

Bank nümaynədələrinin sözlərinə görə, kredit müqaviləsi ilə bağlı ödənişlər bu müqavilədə göstərilən valyuta ilə qəbul edilir və manatın məzənnəsinin dəyişməsi bununla bağlı hər hansı dəyişiklik yaratmır.

    «Maliyyə riski müştərinin üzərinə düşür»

Ölkənin ən böyük və çoxsaylı müştəri təbəqəsinə malk olan banklarından birindən bildirilib ki, kredit müqavilələrində bununla bağlı müddəa var. Həmin müddəada göstərilir ki, «bu müqavilə üzrə verilmiş kreditin valyutasının mübadilə məzənnəsinin "Müştəri” üçün əlverişsiz dəyişməsi nəticəsində yarana biləcək maliyyə itkisi riski "Müştəri”nin üzərinə düşür». Yəni bu cür riskin baş verməsi, "Müştəri”nin kredit öhdəliyinin icrasından imtina etməsinə və ya bu öhdəliyin icrasını gecikdirməsinə haqq qazandırmır və heç bir halda Müştərinin kredit öhdəliklərinin yenidən hesablanmasına səbəb ola bilməz.
Başqa sözlə, müştərilər dollarla götürdükləri kreditləri hazırki məzənnə ilə qaytarmalıdırlar.  Bankdan o da bildirilib ki, Mülki Məcəllənin 439.7-ci maddəsində göstərilir ki, Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir.

    Müqaviləni yalnız bankın xeyrinə dəyişmək mümkündür

Eyni mövqeni digər bank da təsdiqləyib. Bankdan verilən məlumatda bildirilir ki, ölkə qanunvericiliyinə əsasən, krediti  xarici valyuta ilə götürmüş müştəri ödənişləri hazırki məzənnə ilə aparmalıdırlar: «Məsələn bizim bankın kredit müqavilələrində ödənişin başqa formada hesablanmasını və ya ödənilməsini nəzərdə tutan maddə yoxdur». Əksinə, bank nümaynədəsinin sözlərindən məlum oldu ki, müavilədəki bəzi müddəalara görə, müqavilənin şərtləri bankın xeyrinə dəyişdirilə bilər. Məsələn, kredit müqavilələrində göstərilən qeydlərin birinə əsasən, fövqəladə hallar baş verərsə, bank bu müqavilənin şərtlərini birtərəfli qaydada öz xeyrinə dəyişə bilər: «Məsələn, kredit milli valyuta ilə götürülüb və hansısa proseslər nəticəsində o kəskin dəyərsizləşib. Tutaq ki, 50 min manatlıq kredit göütürülüb, amma valyuta 100 dəfə dəyərsizləşib və onun real dəyəri 500 manatdır. Bu o demək deyil ki, müştəri dəyərdən düşmüş 50 min manatı ödəyərək krediti bağlayacaq. Belə vəziyyətdə bank kredit müqaviləsinə yenidən baxmaq və məbləği reallığa uyğun şəkilə qədər artırmaq hüququna malikdir». Başqa sözlə, kredit müqavilələrində bununla bağlı nəinki müştərilərin xeyrinə yozula  bilən maddə yoxdur, hətta əksinə, bəzi maddələri banklar öz maraqlarına uyğun dəyişə bilərlər.

    «Bax, biz dollar əmanətlərini yeni məzənnə ilə qaytaracağıq»

«Dollar müştəriləri» üçün zərərli olmasına baxmayaraq, bank nümaynədələri bu yanaşmanın ədalətli olduğunu bildirib. Belə ki, banklar bildirirlər ki, onlar əhalidən qəbul edilmiş əmanətlərə də eyni yanaşırlar. Yəni, dolların bahalaşmasına baxmayaraq əhalidən dollarla götürülən əmanətlərin qaytarılmasında və ya onun faizlərinin ödənilməsində heç bir problem yoxdur: «Bir bank olaraq biz heç bu məsələni qaldırmırıq. Başa düşürük ki, pul hansı valyuta ilə qoyulubsa o valyuta ilə də götürülə bilər. Bax, biz müştəriləri çaırıb onlara dolların əvvəlki məzənnəsi ilə bağlı iddialar irəli sürmürük – sakitcə öhdəliklərimizi yerinə yetiririk. Saxladığımız əmanəti də yeni məzənnə ilə qaytaracağıq»-deyə banklardan bildiriblər.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol