• $
  • €
  • ₽
  • ₺
  • £

Heydər Əliyev Mərkəzi dünyanın qeyri-adi binaları sırasında – Fotolar

Heydər Əliyev Mərkəzi dünyanın qeyri-adi binaları sırasında – Fotolar
29.05.2020 00:26
Amerikanın nüfuzlu "Conde Nast Traveller” jurnalı dünyanın müxtəlif ölkələrində tikilən və tez bir zamanda böyük populyarlıq qazanan qeyri-adi binalar haqqında yazıb.

ANN.Az buro24/7 istinadən xəbər verir ki, siyahıda Bakının müasir rəmzlərindən olan Heydər Əliyev Mərkəzi də var.

Emporia Ticarət Mərkəzi, Malmö, İsveç
İsveçli memar Qert Binqordun layihəsini hazırladığı bu üçmərtəbəli binada 200 mağaza yerləşir. Onlar hər biri öz rəngində dekorasiya edilən artiumların ətrafında qruplaşdırılıb. Şoppinq əhval-ruhiyyəsi olmayanlar da burada darıxmayacaq: mərkəzi girişdə bürünc heykəl sərgilənir və işıq installyasiyası quraşdırılıb. Əlavə olaraq, bu yaxınlarda Emporia-nın damında örtülü terrası, spa və restoranı olan park yerləşəcək. Ünvan: 19 Hyllie Boulevard.

Heydər Əliyev Mərkəzi, Bakı, Azərbaycan
Britaniyalı memar Zaha Hadid fasadında bir dənə də olsun düz xətt olmayan 60 kvadrat metrlik ərazini əhatə edən binanın layihəsini hazırlayıb. Hamar dalğalar Azərbaycanın keçmişi və gələcəyinin rəmzi olaraq düşünülüb. Mərkəzin özündə ölkənin keçmiş prezidenti Heydər Əliyevin muzeyi, eləcə də konsert zalı fəaliyyət göstərir. Ünvan: 1 Heydar Aliyev Avenue.

Den Bla Planet okeanariumu, Danimarka, Kopenhagen
Şimali Avropada ən böyük okeanariumun damı nazik alüminium lövhələrlə örtülüb və yüksəklikdən nəhəng dəniz ulduzunu xatırladır. Memarlar okeanariumu Kopenhagen aeroportunun yaxınlığında Amaqer adasında tikiblər. 7 milyon litr su ilə 53 akvariumda bütün dünyadan gətirilmiş dəniz faunasının 20 mindən çox təmsilçisi yaşayır. Ünvan: 1 Jacob Fortlingsvej, 2770 Kastrup.

Jing Mian Xin Cheng biznes-mərkəzi, Pekin, Çin
Spark studiyasının memarları tərəfindən layihələndirilən binanın 3 damı var. Funksionallığı ilə seçilən mərkəzdə çoxlu sayda pəncərələrin olması buranın işıqlı olmasını təmin edir. Ünvan: Chaoyang Road Side Road, Chaoyang.

Wanangkura Stadium idman kompleksi, Port-Hedlend, Avstraliya
Avstraliya aborigenlərinin dilində bu stadionun adı "qasırğa" deməkdir, ancaq görünüşcə, o sanki "Lego" konstruktorunun kubiklərindən hazırlanıb. Damda ağ-qara zolaqlar çəkilib: Port-Hedlendə enən təyyarələr Wanangkura stadionunun üzərindən uçur. Gecə reysi ilə şəhərə gəlsəz, stadionu bütün gözəlliyi ilə görə biləcəksiniz: gün batan zaman kubiklərin işıqlandırılması işə salınır. Ünvan: Hamilton Road, South Hedland.

ANN.Az
 















Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol