• $
  • €
  • ₽
  • ₺
  • £

“Nabat” filmi ekranlarda

“Nabat” filmi ekranlarda
26.02.2015 19:59
"Park Cinema”da keçirilən Avropa kinofestivalı çərçivəsində böyük uğurun ardınca Elçin Musaoğlu tamaşaçıların ixtiyarına daha bir əsəri – "Nabat” filmini təqdim edir.

Bakupost.az bildirir ki, film diyarını tərk etməyən, Qarabağ müharibəsinin bütün ağrı-acısına tab gətirməyə çalışan qoca cütlük haqdadır. Dünya kinotənqidçilərinin hörmətini qazanmış bu ekran əsəri 11 kinofestivalda heyranlıqla qarşılanıb. "Nabat” Venesiya, Milan, Çikaqo kinofestivallarında nümayiş olunub, həmçinin 2015-ci ilin Amerika "Oskar” kinoakademiyasının mükafatı uğrunda müsabiqədə iştirak edib. Almaniyanın Manheym, Heydelberq şəhərlərində keçirilən 63-cü Beynəlxalq kinofestivalda film əsas mükafat – Beynəlxalq Tənqidçilər mükafatı, eləcə də Ekumenik jürinin mükafatına layiq görülüb.

"Nabat” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında çəkilib. Ssenari müəllifləri Elxan Nəbiyev, Elçin Musaoğlu, quruluşçu operator Abdulrəhim Beşarat, prodüser Müşfiq Hətəmovdur. Filmdə Fatimə Motamed Arya, Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov, Fərhad İsrafilov, Rəhilə Məmmədova, Rövşən Ağayev, Həsənağa Səfərov çəkiliblər.

"Nabat” filmi Xocalı faciəsinin 23-cü ilinin qeyd olunduğu bu günlərdə "Park Sinema”da nümayış etdiriləcək.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol