• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan dilinin yeni qrammatikası yazıldı

Azərbaycan dilinin yeni qrammatikası yazıldı
26.02.2015 17:57
Azərbaycan alimləri Azərbaycan dilinin funksional qrammatikasını yazıblar.

Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin müdiri, alim, yeni qrammatikanın müəlliflərindən biri olan İsmayıl Kazımov Trend-ə bildirib ki, "Azərbaycan dilinin funksional qrammatikası” artıq 4 cildli kitab şəklində çap olunub.

Alimin sözlərinə görə, hazırkı qrammatikalar normativ qrammatikalar adlanır və adi, təsviri qrammatika hesab edilir. Amma dilin funksional qrammatikasında dil vahidlərinin funksional, semantik xüsusiyyətləri öyrənilir: "Dildə 15-ə yaxın funksiya var. Funksional qrammatika da nəzəri qrammatikadır, qrammatikanın bir növüdür. Bu qrammatika dil vahidlərinin hansı vəzifələri, hansı funksiyaları yerinə yetirdiklərini müəyyən edir. Funksional qrammatika qrammatikanın bir növü kimi öyrənilməlidir. Bu, türk dillərində öyrənilməyib. Dilçi alim Fəxrəddin Veysəllinin təşəbbüsü ilə yazılan bu qrammatikanı Azərbaycan dilçiliyində yeni bir istiqamət də saymaq olar”.

Qrammatikanın yazılmasında bir çox müəlliflərin iştirak etdiyini deyən İ.Kazımov qeyd edib ki, rus və ingilis dillərinin funksional qrammatikası olsa da, indiyədək Azərbaycan dilinin funksional qrammatikası yox idi.

İnstitutun şöbə müdirinin sözlərinə görə, ali məktəblərdə magistratura səviyyəsi üzrə təhsil alan tələbələr funksional qrammatikanı bir qədər yaxşı başa düşmürlər: "Ona görə də bu qrammatikanın həm bakalavr, həm də magistratura səviyyələrində tədris edilməsi yaxşı olar".
 
ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol