Zakir Qaralovdan yeni təyinatlar

Azərbaycan prokurorluq orqanlarında yeni təyinatlar olub.
APA-nın məlumatına görə, baş prokuror Zakir Qaralovun imzaladığı əmrlərlə Bərdə rayon prokuroru Rəhim Əliyev və Ağdam rayon prokuroru Kamran Əhmədov tutduqları vəzifədən azad edilərək müvafiq olaraq Suraxanı və Saatlı rayon prokuroru vəzifələrinə təyinat alıblar.
Ağdam və Bərdə rayon prokuroru vəzifələrinə hələlik təyinat yoxdur.
Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Xatırladaq ki, Suraxanı rayonunun keçmiş prokuroru Sərdar İmanov isə bir müddət əvvəl Sumqayıt şəhər prokuroru təyin edilib.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























